WorksheetsMarketinq 5
Total questions: 30
Worksheet time: 15mins
Müxtəliflk və keyfiyyət kimi marketinq alətləri marketinq kompleksinin aşağıda göstərilən elementlərindən hansına aiddir?
Yerə
Məhsula
Həvəsləndirməyə
Qiymətə
Həvəsləndirməyə və yerə
Nominal qiymət və güzəştlər marketinq kompleksinin aşağıda göstərilən elementlərindən hansına aiddir?
Həvəsləndirməyə
Məhsula
Həvəsləndirməyə və yerə
Yerə
Qiymətə
Malların əvəz olunması təqdirində güzəştlər və kredit şərtləri marketinq kompleksinin aşağıda sadalanan elementlərindən hansına aiddir?
Həvəsləndirməyə
Məhsula
Həvəsləndirməyə və yerə
Yerə
Qiymətə
Güzəştlər və ödəmə müddəti marketinq kompleksinin aşağıda sadalanan elementlərindən hansına aiddir?
Yerə
Məhsula
Həvəsləndirməyə
Qiymətə
Həvəsləndirməyə və yerə
”Starbucks” mövcud bazarlarında müştərilərinin daha rahat alış-verişləri üçün dükanlarının sayının artırılmasına – yeni dükanların açılmasına üstünlük verir. Bu şirkətin reallaşdırdığı strategiya:
Diversifikasiya strategiyasıdır
Məhsulun və bazarın inkişafı strategiyasıdır
Bazarın inkişafı strategiyasıdır
Məhsulun inkişafı strategiyasıdır
Bazara dərindən nüfuz strategiyasıdır
Missiyanın qoyuluşuna qarşı irəli sürülən tələbə aid deyil:
Şirkətin cəmiyyətdə hansı məqsədlərə nail olmaq istədiyini göstərməlidir
Aydın olmalıdır
Hərəkətverici olmalıdır
Kəmiyyət ifadəsi olmalıdır
Bazar yönümlü olmalıdır
Missiyanın qoyuluşuna qarşı irəli sürülən tələbə aiddir:
Missiya sistem yanaşma əsasında olmalıdır
Missiyada insan amilinin rolu nəzərə alınmalıdır
Missiyanın kəmiyyət ifadəsi olmalıdır
Missiya kompleks yanaşma əsasında olmalıdır
Missiya hərəkətverici olmalıdır
Şirkətdə strateji planlaşdırma nədən başlayır ?
Biznes vahidlərinin məqsədlərinin müəyyənləşdirilməsindən
Marketinq və digər funksional strategiyaların planlaşdırılmasından
Şirkətin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsindən
Biznes portfelin qurulmasından
Şirkətin missiyasının müəyyənləşdirilməsindən
_________məhsul, qiymət, yer və təşviqat kimi nəzarət edilən taktiki marketinq alətləri toplusudur ki, şirkət hədəf bazarından istədyi cavabı almaq üçün onlardan istifadə edə bilər
Kommunikasiya kompleksi
Planlaşdırma metodları
Stimullaşdırma sistemi
Marketinq kompleksi
Marketinq sistemi
Marketinq kompleksinin elementinə daxil deyil:
Məhsul
Həvəsləndirmə
Yer
Planlaşdırma
Qiymət
İnternet və ya online məlumat bazası şirkətə _______ üçün operativ informasiya təmin edə bilər
təsviri tədqiqat
ilkin tədqiqat
müşahidəli tədqiqat
eksperimental tədqiqat
Aşağıdakı variantlardan hansı təsviri məlumatların toplanması üçün ən uyğun bir yanaşmadır?
sorğu əsasında tədqiqat
eksperimental tədqiqat
müşahidəli tədqiqat
online marketinq tədqiqatı
Şirkətlərin mövcud müştərilərinə daha geniş təklif etməklə alıcılarla əlaqələrin genişləndirməsi prosesi necə adlanır:
müştəri payı
müştəri mənsubluğu
qeyd edilənlərin heç biri
müştərinin ömürlük dəyəri
Amazon.com-un əsas hədəfi hər bir müştəriyə xüsusi _____ qazandırmaqdır.
kitab rəfi
təcrübə
məhsul çeşidi
təkliflər
“Wal-Mart”ın lazım olan malların aşağı qiymətə təklifetmə qabiliyyəti şirkətin marketinq, tədarük, informasiya sistemləri və əməliyyat şöbələrində çalışan insanların töhvələrindən asılıdır. Bu aşağıdakı variantlardan hansını ifadə edir?
dəyər zənciri
müştəri münasibətləri
müştəri məmnunluğu
strateji planlaşdırma
İstehlakçı yönümlü marketinq strategiyasının təşkil edən 3 addımı tamamlayın: bazarın seqmentasiyası, məqsəd bazarların təyin edilməsi və ____.
dəyər çatdıran şəbəkənin yaradılması
bazarın pozisiyalanması
marketinq kompleksinin qurulması
ehtiyacların müəyyən edilməsi
Hər bir bazar seqmentinin cəlbediciliyinin qiymətləndirilməsi, bir və ya bir neçə bazara çıxmağın seçim prosesi aşağıdakılardan hansına uyğundur?
məqsəd bazarların təyin edilməsi
müştəri münasibətləri menecmenti
hədəf marketinqi
marketinq kompleksi
İnsanlar etiqad və dəyərlərə malikdirlər. Misal üçün, amerikalıların əskəriyyəti işləməyə, evlənməyə, ianə verməyə və səmimi olmağa inanırlar. Bu faktorlar hansı mühitin göstəriciləridir?
mədəni
siyasi
texnoloji
demoqrafik
Media ictimaiyyəti barədə fikirlərdən biri doğrudur:
Media ictimaiyyəti xəbərlər, şərhlər və redaktor fikirləri vasitəsilə təsir göstərir.
Heç bir fikir doğru deyil
Yerli ictimaiyyət, ümumi ictimaiyyət və daxili ictimaiyyət birlikdə media ictimaiyyətini təşkil edir.
Media ictimaiyyətinə banklar, investisiya şirkətləri və səhmdarlar daxildir.
Marketoloqlar gəlirlərin paylanması və orta gəlir səviyyəsini araşdırırsa, o zaman aşağıda göstərilən hansı mühit barədə tədqiqat aparmış sayılır?
demoqrafik mühit
iqtisadi mühit
təbii mühit
siyasi mühit
Müştərinin yeni məhsul qablaşdırmasına yönəlmiş reaksiyasını ölçmək üçün marketoloq supermarketə gəlir, satıcı və alıcıların bu paketləri yerləşdirməsini, daşımasını və buna qarşı ilk təəsüratlarını izləyir. Bu proses necə adlanır?
eksperimental tədqiqat
sorğu əsasında tədqiqat
online marketinq tədqiqatı
müşahidəli tədqiqat
Aşağıda variantlardan biri müşahidəli araşdırmanın maneələrindən sayılmır?
Müşahidə aparan tədqiqatçılar insanların gizlətdiyi informasiyaları əldə edə bilərlər.
Nadir davranışı müşahidə etmək çətindir.
İnsanların hissləri, vərdişləri və motivasiyalarını müşahidə etmək çətindir
Uzunmüddətli davranışı müşahidə etmək çətindir.
Bu konsepsiya şirkətlərin iri miqyaslı satış və həvəsləndirmə tədbirlərini həyata keçirmədikcə istehlakçıların onların məhsullarını almayacağını iddia edir. Əksər şirkətlər həddindən çox məhsul istehsal etdikləri zaman bu konsepsiyanı sınaqdan keçirirlər. Söhbət hansı konsepsiyadan gedir?
Marketinq konsepsiyası
Məhsul konsepsiyası
Satış konsepsiyası
İstehsal konsepsiyası
Müştəri münasibətlərinun bu qrupu az səmərələlik və loyallıq göstərir. Şirkətin təklif etdiyi ilə ehtiyacların bir-birinə az uyğun gəldiyindən, bu alıcılar üçün əlaqələrin idarə olunması strategiyası belədir: onalara heç bir sərmayə qoymayın.
“Həqiqi dostlar”
“Yad müştərilər”
“Molyuskalar”
“Kəpənəklər”
Müştərilər coğrafi, demoqrafik, psixoloji və davranış amillərindən asılı olaraq müxtəlif cür qruplaşdırılırsa, bu proses necə adlanır?
məqsəd bazarların təyin edilməsi
bazarın pozisiyalaşması
bazar seqmentasiyası
marketinq kompleksi
Marketinq kompleksinin 4P-sini tamamlayın: məshul, qiymət, yer və ___.
dəyər
həvəsləndirmə
müştəri
araşdırma
_____ - marketinqin mövcud vəziyyəti qiymətləndirilir, marketinqin məqsədləri, strategiyası, əməliyyat proqramı, büdcə və ona nəzarət mexanizmləri öz əksini tapır.
marketinq kompleksi
marketinq planı
heç biri
marketinq strategiyası
Marketoloqlar aşağıda qeyd edilən təbii mühit tendensiyalarından hansından xəbərdar olmalıdır?
Bütün variantlar barədə xəbərdar olmalıdır
Çikrlənmənin artması
Təbii resursların idarə olunmasında hökümətin artan müdaxiləsi
Xammal qıtlığı
İnsanlara onların bildikləri, şəraitləri, seçimləri, satınalma davranışları haqqında suallar verməklə toplanan ilkin məlumatlar hansı tədqiqat üsuluna aiddir?
sorğu əsasında tədqiqat
müşahidəli tədqiqat
online marketinq tədqiqatı
eksperimental tədqiqat
Aşağıdakı variantlardan hansı səbəbi araşdıracaq məlumatların toplanması üçün ən uyğun bir yanaşmadır?
eksperimental tədqiqat
sorğu əsasında tədqiqat
müşahidəli tədqiqat
ilkin tədqiqat
