wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

FL Firmanın iqtisadiyyatı 1

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Aşağıda verilən “resurs – onun qiyməti” uyğunluqlarından hansı doğru deyil?

a)

Firma – gəlir

b)

İş qüvvəsi – əmək haqqı

c)

kapital – faiz

d)

Torpaq (təbii ehtiyatlar) - renta

e)

sahibkarlıq qabiliyyəti – mənfəət

2.

Aşağıdakılardan hansı iqtisadi resursların bazar dövriyyəsi modelinin elementi hesab olunmur?

a)

informasiya

b)

ev təsərrüfatları

c)

firmalar

d)

istehlak bazarları

e)

istehsal amilləri bazarları

3.

Aşağıdakılardan hansı firmanın fəaliyyətinin makromühit elementi deyil?

a)

siyasi amilər

b)

rəqabət amilləri

c)

hüquqi mühit

d)

sosial-mədəni amillər

e)

ümumi iqtisadi vəziyyət

4.

Firmaya "istehsal-texnoloji sistem" kimi yanaşdıqda aşağıdakı elementlərdən hansı ona aid edilmir?

a)

xammal və materiallar

b)

maşın və avadanlıqlar kompleksi

c)

müqavilələr

d)

bina və tikililər

e)

torpaq sahəsi və təbii resurslar

5.

X-səmərəsizliyin başlıca səbəbi nə hesab olunur?

a)

maliyyə resurslarının çatışmazlığı

b)

tələbin azlığı

c)

prinsipal-agent problemi

d)

rəqabətin olmaması

e)

informasiya asimmetriyası

6.

Firmanın maliyyə modelinin diqqət mərkəzində olan budur:

a)

bazar tələb və təklfi üzərindən qiymət və məhsul buraxılışı həcmləri üzrə qərarların tədqiqi öyrənilməsi

b)

firmanın malik olduğu fondlardan müxtəlif istiqamətlərə yönəldilən sərmayələrin, habelə fiziki kapitala qoyuluşların tədqiq

c)

cari xərclərin səviyyəsinin öyrənilməsi

d)

Firmanın mənfəətinin necə bölünməsidir

e)

son hədd səmərəliliyin və faiz dərəcələrinin araşdırılması

7.

PESTEL təhlil alətindən nə üçün istifadə olunur?

a)

firmanın fəaliyyətinin mikromühitini tədqiq etmək və qiymətləndirmək üçün

b)

firmanın fəaliyyətinin bazar mühitini tədqiq etmək və qiymətləndirmək üçün

c)

bazar (marketinq) tədqiqatları üçün

d)

ETTKİ (yeniliklərin yaradılması və tətbiqi) üçün

e)

firmanın fəaliyyətinin makromühitini tədqiq etmək və qiymətləndirmək üçün

8.

X-səmərəlilik:

a)

mövcud (əldə olan) resursların istehsal prosesində istifadə olunması halını nəzərdən keçirir

b)

resursların sistem daxilində yenidən bölünməsi halını nəzərdən keçirir

c)

istehsalın təşkili texnologiyalarını nəzərdən keçirir

d)

kommersiya fəaliyyətinin nəticələrinin müksimumlaşdırılmasını halını nəzərdən keçirir

e)

resursların zamana görə (dinamik) istifadəsi halını nəzərdən keçirir

9.

Resursların allokativ səmərəliliyi tələb edir ki:

a)

optimal istehsal həcmi (əlçatan texnologiyalar nəzərə alınmaqla) ən aşağı xərclərlə istehsal edilsin

b)

istehsal həcmi müvafiq (optimal) kəmiyyətə malik olsun

c)

zaman keçdikcə əmtəələr və istehsal texnologiyası təkmilləşdirilsin

d)

resurslar əsasən xarici ölkələrdən əldə edilsin

e)

ölkənin son məhsul ixracı daha çox artsın

10.

Dinamik səmərəlilik tələb edir ki:

a)

zaman keçdikcə əmtəələr və istehsal texnologiyası təkmilləşdirilsin

b)

istehsal həcmi optimal kəmiyyətə malik olsun

c)

istehsalın optimal həcmi (əlçatan texnologiyalar nəzərə alınmaqla) ən aşağı xərclərlə istehsal edilsin

d)

qarşıya qoyulan məqsədə və arzu olunan nəticələrə vaxtında nail olunsun

e)

əldə olan və əlçatan resurslardan maksimum verimlilik əldə edilsin