NEW
Font size
Worksheetsvergi aralıq sınaq
Total questions: 30
Worksheet time: 22mins
Aşağıdakılardan hansılar vergitutmanın iqtisadi prinsiplərinə aid deyil?
Vergi sisteminin sabitliyi
Ümumilik və bərabərlik
Vergi ödəyicilərinin mənafelərinin maksimum nəzərə alınması
Səmərəlilik
Ədalətlilik
Vergitutmada ədalətlilik prinsipinin metodoloji əsasını nə təşkil edir?
Vergilərin daim artırılması
Vergilərin mütəmadi ləğv edilməs
Proqressiv vergitutma
Reqressiv vergitutma
Vasitəli vergitutma
Azərbaycan Respublikasında vergi siyasətinin və vergi islahatlarının əsas istiqamətlərinə aşağıdakılardan hansılar aiddir?
Vergi güzəştlərinin sayının artırılması
Vergi qanunvericiliyinin uzun müddət sabit qalması
Vergi qanunvericiliyinin təkmilləşdirilməsi
Vergi dərəcələrinin artırılması
Vergi növlərinin sayının azaldılması
Mikrosəviyyədə vergi yükü dedikdə nə başa düşülür?
Vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilən vergi məbləğinin onun mənfəətindəki xüsusi çəkisi
Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu xərclərindəki xüsusi çəkisi
Vergi ödəyicisinin məcmu gəlirləri ilə məcmu xərcləri arasındakı fərq
Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu gəlirlərindəki xüsusi çəkisi
Vergi ödəyicisinin məcmu gəlirləri ilə onun büdcəyə ödədiyi vergi məbləği arasındakı fərq
Son illərdə Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas istiqamətlərindən biri hansıdır?
Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün vergi dərəcələrinin artırılması
Kənd təsərrüfatı sahəsində fəaliyyətin torpaq vergisindən başqa bütün vergilərdən azad olması
Bəzi regionların vergilərdən tamamilə azad edilməsi
Regionlarda diferensiallaşdırılmış mənfəət vergisi dərəcələrinin tətbiqi
İnkişaf etmiş regionlarda yüksək vergi dərəcələrinin tətbiqi
Göstərilənlərdən hansı yerli vergilərə(bələdiyyə vergilərinə) aid edilir?
Hüquqi şəxslərin mənfəət vergisi(bələdiyyə mülkiyyətində ollan müəssisə və təşkilatlardan başqa)
Aksizlər
Fiziki şəxslərin gəlir vergisi
Yol vergisi
Vergi Məcəlləsinə uyğun olaraq fiziki şəxslərin əmlak vergisi
Vergitutma məqsədləri üçün vergi ödəyicisi dedikdə kim nəzərdə tutulur?
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız qeyri-rezident fiziki şəxsi
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız rezident hüquqi şəxs
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız Azərbaycan Respublikasının vətəndaşı
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs
Vergi məbləğlərinin bildiriş üzrə tutulması dedikdə nə başa düşülür?
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Vergi məbləğlərinin vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
Vergilər haqqında qanunvericilik vergitutmanın hansı prinsiplərinə əsaslanır?
xüsusi, neytral və ədalətli olmasına
yalnız ədalətli olmasına
yalnız bərabər olmasına
ümumi, bərabər və ədalətli olmasına
yalnız ümumi olmasına
Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin ( gəlir və mənfəət vergisi bəyənnamələri istisna olmaqla) vergi orqanına təqdim edildiyi vaxtdan neçə iş günü müddətində keçirilir?
90 iş günü
60 iş günü
50 iş günü
40 iş günü
30 iş günü
Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində aşağıda göstərilən qərarlardan hansıları çıxara bilər? 1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi 2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması 3. vergi ödəyicisinin əmlakının siyahıya alınması 4. xronometraj metodu ilə müşahidə aparılması 5. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi
1, 2, 5
1, 2, 3
2, 3, 4
3, 4, 5
1, 4, 5
Səyyar vergi yoxlaması zamanı ekspertiza keçirilməsi üçün dəvət olunmuş ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verildikdə, həmin şəxsin aşağıdakı hansı hüquqları vardır? 1.öz etirazlarını bəyan etmək;2.ekspertə əlavə sualların qoyulmasını tələb etmək 3. ekspertin rəyi ilə tanış olmaqdan imtina etmək 4. bu halda heç bir hüququ yoxdur 5. əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək
1, 3, 5
2, 3, 4
3, 4, 5
1, 2, 5
1, 4, 5
Növbəti səyyar vergi yoxlaması keçirilərkən vergi ödəyicisinə göndərilən bildirişdə nələr göstərilməlidir? 1. vergi ödəyicisinin hüquq və vəzifələri 2. vergi orqanının hüquq və vəzifələri 3. vergi ödəyicisinin hüquqi ünvanı və təsisçiləri 4. vergi yoxlamasının əsası və tarixi 5. vergi ödəyicisinin obyektlərinin sayı və hansı növ vergilərin ödəyicisi olması
1, 2, 3
1, 3, 4
2, 3, 5
1, 2, 4
3, 4, 5
Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergilərin hesablanmasına dair bildiriş göndərilir?
10 gün
15 gün
5 iş günü
7 gün
dərhal
Hansı hallarda xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər?
həmişə əsas götürülür
yuxarı vergi orqanı xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrini ləğv etmədikdə
vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olmadıqda
heç vaxt əsas götürülə bilməz
vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olduqda
Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları neşə iş günü ərzində təqdim etməlidir?
2 iş günü
10 gün
• 5 gün •
30 gün
1 iş günü
Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində aşağıdakı hansı məsələlər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada aparılır? 1. vergi ödəyicilərinin ərazilərinə və ya binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olması 2. vergi ödəyicilərinin ərazilərinə, binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla], habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi 3. sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi 4. ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi 5. aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması
1, 2, 3, 4, 5
yalnız 1, 4, 5
yalnız 1, 2, 4
yalnız 1, 3, 4, 5
yalnız 1, 3, 4
Bəyannamə verməli olan rezident fiziki şəxslər harada uçota alınırlar?
yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar
gəlirin əldə edildiyi yer üzrə uçota alınırlar
istənilən vergi orqanında uçota alınırlar
faktiki fəaliyyət göstərdikləri yer üzrə
uçota alınmırlar
Vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda onların şəxsi məlumatlarına aşağıdakı hansı məlumatlar daxil edilir? 1. onların adı, doğulduğu tarix və yer; 2. cinsi və yaşadığı ünvan; 3. ailə vəziyyəti barədə məlumat; 4. şəxsiyyətini təsdiq edən sənədin məlumatları və vətəndaşlığı; 5. siyasi mənsubiyyəti.
2, 3, 4
1, 3, 4
1, 2, 3
1, 2, 4
1, 3, 5
Vergi ödəyicisinin vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən neçə gün müddətində vergi orqanına məlumat verməlidir?
50 gün
40 gün
55 gün
1 gün
45 gün
Şəhadətnamə-dublikat alındığı tarixdən neçə gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir?
10 gün
belə bir məhdudiyyət nəzərdə tutulmayıb
20 gün
5 gün
15 gün
Qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri necə uçota alınır?
uçota alınmır
ayrıca uçota alınır və onlara VÖEN verilir
Xarici İşlər Nazirliyində uçota alınır və onlara ayrıca kod verilir
uçota alınır, lakin onlara VÖEN verilmir
rezidenti olduğu dövlətdə uçota alınır
Vergi ödəyicilərinin vahid dövlət reyestrini hansı dövlət orqanı aparır?
Dövlət Vergi Xidməti
Ədliyyə Nazirliyi
Dövlət Statistika Komitəsi
Nazirlər Kabineti
Maliyyə Nazirliyi
Balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5.000.000 manatdan yuxarı olan vergi ödəyiciləri necə uçota alınırlar?
Qeyri-mərkəzləşdirilmiş qaydada
yaşadıqları yer üzrə vergi orqanlarında
olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan) yer üzrə vergi orqanlarında uçota alınır.
fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınırlar
Mərkəzləşdirilmiş qaydada uçota alınırlar
Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirən qeyri-kommersiya hüquqi şəxs uçota alınmaq üçün vergi orqanına nə vaxt müraciət etməlidir?
filialın və ya nümayəndəliyin yaradılmasından sonra 6 ay sonra
filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində
filialın və ya nümayəndəliyin yaradıldığı gün
filialın və ya nümayəndəliyin yaradılmasından sonra 15 gün müddətində
filialın və ya nümayəndəliyin yaradılmasından 10 gün əvvəl
Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 1) vəfat etdikdə 2) məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda 3) fəaliyyət növü dəyişdirildikdə 4) fəaliyyətini dondurduqda 5.fəaliyyətinə xitam verildikdə
1,3,5
1,2,3
1,2,5
2,3,5
3,4,5
Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu hansı miqdarda ödəyirlər?
iddia məbləğinin 10%-i məbləğində
dövlət rüsumunu ödəməkdən azaddırlar
iddia məbləğinin 15%-i məbləğində
iddia məbləğinin 5%-i məbləğində
iddia məbləğinin 20%-i məbləğində
Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. qaz, su, istisu təhcizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti; 2. lotoreya biletlərinin satışı 3. İşçilərin sayı bir nəfər olan aptekdə dərman satışı; 4. Orta məktəblərdə ticarət fəaliyyəti; 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı.
3, 4, 5
1, 3, 5
2, 3, 4
1, 2, 5
1, 2, 4
Vergitutma məqsədləri üçün bir şəxsin digər şəxsin əmlakında bilavasitə və ya dolayısı iştirak payı və ya səs hüququ neçə faizdən az olmadıqda, bu şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlar?
10 faiz
5 faiz
15 faiz
• 18 faiz
20 faiz
Təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəymiş olduğu halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə ilə hesablanır?
0,05 faiz dərəcəsi ilə
0,1 faiz dərəcəsi ilə
1 faiz dərəcəsi ilə
0,01 faiz dərəcəsi ilə
faiz hesablanmır
