wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Firmalar, bazarlar və rəqabət - ümumi

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

Aşağıdakılardan hansı PESTLE-analizin elementi deyil?

a)

sahədə rəqabət mühiti

b)

siyasi mühit

c)

makroiqtisadi mühit

d)

texnoloji mühit

e)

hüquqi mühit

2.

X-səmərəlilik:

a)

mövcud (əldə olan) resursların istehsal prosesində istifadə olunması halını nəzərdən keçirir

b)

resursların sistem daxilində yenidən bölünməsi halını nəzərdən keçirir

c)

istehsalın təşkili texnologiyalarını nəzərdən keçirir

d)

kommersiya fəaliyyətinin nəticələrinin müksimumlaşdırılmasını halını nəzərdən keçirir

e)

resursların zamana görə (dinamik) istifadəsi halını nəzərdən keçirir

3.

Firmanın institutsional nəzəriyyəsinə əsasən firmanın məqsədi:

a)

transaksiya xərclərinə qənaət etməkdir (minimumlaşdırmaqdır)

b)

mənfəətini maksimumlaşdırmaqdır

c)

bazar gücünü (hakimiyyətini) artırmaqdır

d)

qaneedici mənfəət əldə etməkdir

e)

dayanıqlı inkişafı təmin etməkdir

4.

Təsərrüfat ortaqlıqlarının növləri hansılardır?

a)

tam ortaqlıq və kommandit ortaqlıq

b)

təsərrüfat ortaqlığı və kommandit ortaqlıq

c)

təsərrüfat ortaqlığı və təsərrüfat cəmiyyəti

d)

tam ortaqlıq və natamam ortaqlıq

e)

qapalı tipli ortaqlıq və açıq tipli ortaqlıq

5.

Korporativ idarəetmə modelinin formalaşdırılması və inkişaf etdirilməsi zamanı diqqətdə saxlanılan əsas 3 məsələ hansılardır? 1) səhmdarların sayının məhdudlaşdırılması; 2) səhmdarların hüquqlarının müdafiəsi mexanizmi; 3) direktorlar şurasının funksiya və vəzifələri; 4) şirkətin mənfəətinin bölünməsi mexanizmi; 5) informasiyanın açıqlanması səviyyəsi

a)

2), 3) və 5)

b)

1), 2) və 4)

c)

2), 4) və 5)

d)

1), 4) və 5)

e)

1), 3) və 5)

6.

Prinsipal-agent problemi nədir?

a)

prinsipalın qoyduğu tapşırıqların və qaydaların yerinə yetirilməsi zamanı agent tərəfindən prinsipalın manipulyasiya edilməsi təhlükəsidir

b)

agentin qoyduğu tapşırıqların və qaydaların yerinə yetirilməsi zamanı prinsipal tərəfindən agentin manipulyasiya edilməsi təhlükəsidir

c)

mənfəətin bölünməsi zamanı agent tərəfindən prinsipalın manipulyasiya edilməsi təhlükəsidir

d)

mənfəətin bölünməsi zamanı səhmdarlar arasında fikir ayrılığının yaranması təhlükəsidir

e)

cəmiyyətin fəaliyyətinin təşkili məsələləri üzrə müzakirələr zamanı səhmdarlarla menecerlər arasında fikir ayrılığının yaranması təhlükəsidir

7.

Qaytarılmayan xərclər nədir?

a)

alternativ istifadəsi mümkün olmayan aktivlərə qoyulan investisiyalardır

b)

xammal və materialların alınması və əmək haqqı üçün artıq firmanın ödədiyi xərclərdir

c)

firmanın (biznesin) qurulmasına çəkilən xərclərdir

d)

alternativ istifadəsi mümkün olan aktivlərə qoyulan investisiyalardır

e)

spesifik aktivlərin əldə edilməsinə qoyulan investisilardır

8.

İstehsalın miqyas effekti nəyi əks etdirir?

a)

istifadə olunan resursların miqdarının dəyişilməsi ilə məhsul buraxılışı həcminin dəyişilməsi arasındakı nisbəti (münasibəti)

b)

istifadə olunan istehsal amillərindən birinin miqdarının dəyişilməsi ilə məhsul istehsalı həcminin dəyişilməsi arasındakı nisbəti (münasibəti)

c)

qısamüddətli dövrdə istehsalın dəyişən amilinin hər əlavə vahidinin tətbiqindən alınan son hədd (marjinal) məhsulun azalmasını

d)

məhsul buraxılışının artması ilə məhsul satışının artması arasında olan münasibəti

e)

məhsul buraxılışı miqdarının artması ilə firmanın gəlirlərinin dəyişilməsi arasındakı nisbəti

9.

Qiymət üzrə tələbin çarpaz elastikliyinin hansı vəziyyətində qiymətləndirilən mallar qarşılıqlı əvəzolunan əmtəələr hesab olunur?

a)

qiymət üzrə tələbin çarpaz elastikliyi 0-dan böyük olduqda

b)

qiymət üzrə tələbin çarpaz elastikliyi 0-dan kiçik olduqda

c)

qiymət üzrə tələbin çarpaz elastikliyi 0-a bərabər olduqda

10.

Aşağıdakılardan hansıları bazara giriş maneələrini yaradan zəminlər hesab edilir? (3)

1) miqyas artımından qənaətin səviyyəsi; 2) əvəzedici məhsulların mövcudluğu; 3) kapitala (investisiyaya) olan tələbat; 4) texnologiyalara əlçatanlıq səviyyəsi; 5) bazarda tədarükçülərin təmərküzləşmə səviyyəsi; 6) alıcıların gəlirləri və ödəmə qabiliyyəti

a)

1, 3, və 4

b)

2, 5 və 6

c)

1, 2, 5 və 6

d)

3, 4 və 5

e)

2, 4, 5 və 6

11.

Xalis inhisarçı firmanın əsas qərarı bununla bağlıdır:

a)

optimal istehsal həcminin seçilməsi

b)

optimal qiymətin seçilməsi

c)

optimal xərc səviyyəsinin seçilməsi

d)

həm optimal qiymətin, həm də optimal istehsal həcminin seçilməsi

e)

son hədd xərclərin optimal səviyyəsinin müəyyən edilməsi

12.

İnhisarçının öz bazar gücündən tam faydalanma imkanını məhdudlaşdıran nədir?

a)

onun üzləşdiyi aşağı meylli tələb əyrisi

b)

istehsal gücünün məhdudluğu

c)

dövlət tənzimlənməsi

d)

istehlakçı (alıcı) sayının yetərli olmaması

e)

əvəzedici malların mövcudluğu

13.

İnhisarçını son hədd xərclərə bərabər qiymət təyin etməyə məcbur etdikdə tənzimləyici hansı problemlə üzləşə bilər?

a)

firmanın zərərini subsidiyalaşdırmaq problemi ilə

b)

firmanın vergilərini azaltmaq problemi ilə

c)

firmanın xərclərini dəqiqləşdirmək problemi ilə

d)

firmanın gəlirlərini hesablamaq problemi ilə

e)

firmanın ölçülərini optimallaşdırmaq problemi ilə

14.

“Məhbus dilemması” məhz bunu əks etdirir:

a)

fərdi maraqlarla ümumi maraqlar arasındakı münaqişəni

b)

fərdi maraqlar arasındakı münaqişəni

c)

ümumi maraqlar arasındakı münaqişəni

d)

oyunçuların informasiya asimmetriyasını

e)

ümumi və ictimai maraqlar arasındakı münaqişəni

15.

Nəş tarazlığı nədir?

a)

bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olan firmaların hər birinin, digərinin optimal strategiyalarını nəzərə alaraq, özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır

b)

bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olan firmaların hər birinin, digərinin optimal strategiyalarını nəzərə almadan, özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır

c)

bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olmayan firmaların hər birinin özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır

d)

müxtəlif bazarlarda olan firmaların hər birinin, digərinin optimal strategiyalarını nəzərə alaraq, özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır

e)

bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olan firmaların sövdələşərək hər birini qane edən vahid strategiyanı razılaşdırdığı situasiyadır

16.

Kurno tarazlığı nöqtəsi:

a)

firmaların reaksiya əyrilərinin kəsişmə nöqtəsidir

b)

firmaların reaksiya əyrilərinin toxunma nöqtəsidir

c)

firmaların reaksiya əyrilərinin tələb əyrisi ilə kəsişmə nöqtəsidir

d)

firmaların reaksiya əyrilərinin mnfəət əyrisinə toxunma nöqtəsidir

e)

firmaların reaksiya əyrilərinin onlaırn marjinal xərc əyriləri ilə kəsişmə nöqtəsidir

17.

Ecuort modelinin əlamətləri hansılardır?

1) Koopertiv oyun modelidir; 2) Qeyri-kooperativ oyun modelidir; 3) Miqdar modelidir; 4) Qiymət modelidir; 5) Statik modeldir; 6) Dinamik modeldir

a)

2, 4 və 6

b)

1, 3 və 5

c)

1, 4 və 5

d)

2, 3 və 6

e)

Bunların hamısı

18.

Qiymət savaşı dedikdə nə başa düşülür?

a)

kartel üzvü firmalardan birinin qiyməti gizlin şəkildə aşağı salmasına cavab olaraq digər firmaların qiyməti daha aşağı salması və belə qiymət rəqabətinin bir neçə dövrdə davam etməsi

b)

kartel üzvü olan firmaların razılaşdırılmış şəkildə qiyməti müəyyən dövrlərdə müxtəlif istiqamətlərdə dəyişmələri

c)

eyni sahə bazarında kartel üzvü olan firmalarla karteldən kənarda qalan firmalar arasında olan qiymət rəqabəti

d)

kartel üzvü firmalardan birinin qiyməti gizlin şəkildə aşağı salmasına cavab olaraq digər firmaların onu qiyməti razılaşdırılmış səviyyəyə qaytarmasına məcbur etməsi

e)

kartel üzvü firmalardan birinin qiyməti gizlin şəkildə aşağı salmasına cavab olaraq digər firmaların da qiyməti həmin səviyyəyə salması

19.

İnhisarçı rəqabət bazarlarında firma:

a)

aşağıya meylli tələb əyrisi ilə üzləşir

b)

üfüqi tələb əyrisi ilə üzləşir

c)

şaquli tələb əyrisi ilə üzləşir

d)

yuxarıya meylli tələb əyrisi ilə üzləşir

e)

təklif əyrisinə paralel tələb əyrisi ilə üzləşir

20.

Məhsulun fərqliləşdirilməsinin növləri hansılardır?

a)

şaquli fərqliləşdirmə və üfüqi fərqliləşdirilmə

b)

şaquli fərqliləşdirmə və paralel fərqliləşdirmə

c)

qismən fərqliləşdirmə və tam fərqliləşdirmə

d)

zahiri fərqliləşdirmə və daxili fərqliləşdirmə

e)

birinci dərəcədən və ikinci dərəcədən fərqliləşdirmə