wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Müəllimlərin Etik Davranış Qaydaları - YENİ

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.
🛑 1. Müəllim öz fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Verilən nümunə etik davranış prinsiplərindən hansına uyğundur?
a)
A) qanunçuluq
b)
B) vicdanlı davranış
c)
C) loyallıq
d)
D) mədəni davranış
e)
E) qərəzsizlik
2.
🛑 2. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir. Verilən nümunə etik davranış prinsiplərindən hansına uyğundur?
a)
A) loyallıq
b)
B) qərəzsizlik
c)
C) ictimai etimad
d)
D) mədəni davranış
e)
E) vicdanlı davranış
3.
🛑 3. Müəllim valideyn iclası keçirsə də, şagirdinin neqativ davranışının səbəbi ilə bağlı ona məlum olan informasiyanı müzakirəyə çıxarmır, iclasdan sonra valideynlə fərdi danışır. Bu situasiyaya əsasən, müəllim etik davranış qaydalarına aid hansı prinsipin tələblərinə əməl etmiş olur?
a)
A) vicdanlı davranış
b)
B) qərəzsizlik
c)
C) insanların hüquq və azadlıqlarına hörmət
d)
D) qanunçuluq
e)
E) ictimai etimad
4.
🛑 4. Etik davranış qaydaları ilə bağlı verilmiş yanlış fikri müəyyən edin:
a)
A) Etik davranış qaydalarına əməl etmədiyinə görə əmək müqaviləsinə xitam verilmiş müəllim bir il pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
b)
B) Bu qaydaların tətbiqində məqsədlərdən biri təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın artırılmasına nail olmaqdır.
c)
C) Qaydalar bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir.
d)
D) Qaydalar təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətini tənzimləyir.
e)
E) Təhsilin bütün səviyyələrində təhsilalanların ümumi davranışını tənzimləyən normaların məcmusudur.
5.
🛑 5. Müəllim tədris prosesində yeni mövzunu izah etsə də şagirdlərə biliklərinin möhkəmləndirilməsi ilə bağlı heç bir tapşırıq vermir, həmçinin şagirdlərin dərsi necə mənimsədiklərini yoxlamır. Müəllim daha çox dərs prosesində özü danışır və şagirdlərin maraqlarını nəzərə almır. Verilmiş situasiya ilə bağlı doğru fikirləri müəyyən edin. ↪️ 1. Müəllim şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələbi pozmuş olur. ↪️ 2. Müəllimin mədəni davranış etik prinsipinə əməl etmədiyini görmək olur. ↪️ 3. Müəllimin vicdanlı davranış etik prinsipinə əməl etmədiyini müəyyənləşdirmək olar. ↪️ 4. Müəllim keyfiyyətli təhsil vermək hüququndan düzgün istifadə etmir.
a)
A) 1, 2
b)
B) 1, 3
c)
C) 3, 4
d)
D) 2, 3
e)
E) 1, 4
6.
🛑 6. Müəllim şagirdinin şəxsi həyatı barəsində ona məlum olan məlumatların gizliliyini təmin etməlidir. Verilən nümunə etik davranış prinsiplərindən hansına uyğundur?
a)
A) vicdanlı davranış
b)
B) mədəni davranış
c)
C) qanunçuluq
d)
D) insanların hüquq və azadlıqlarına hörmət
e)
E) qərəzsizlik
7.
🛑 7. Müəllim şagirdinin irqinə, cinsinə, dilinə, etnik mənsubiyyətinə görə fərq qoymamalıdır. Verilən nümunə etik davranış prinsiplərindən hansına uyğundur?
a)
A) qərəzsizlik
b)
B) mədəni davranış
c)
C) loyallıq
d)
D) qanunçuluq
e)
E) vicdanlı davranış
8.
🛑 8. Müəllim valideyn iclasında şagirdlərin qiymətlərini müzakirə edərkən fərdi nəticələri açıq şəkildə elan edir. Bir valideyn öz övladının sinifdə ən aşağı nəticə göstərdiyini hamının yanında öyrənir və narahat olur. Müəllim etik davranış prinsiplərindən hansının tələblərini pozmuş olur?
a)
A) insanların hüquq və azadlıqlarına hörmət
b)
B) ictimai etimad
c)
C) mədəni davranış
d)
D) qərəzsizlik
e)
E) loyallıq
9.
🛑 9. Sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin.
a)
D) qərəzsizlik
b)
A) mədəni davranış
c)
B) ictimai etimad
d)
C) loyallıq
e)
E) vicdanlı davranış
10.
🛑 10. Hansı variantda uyğunluq pozulmuşdur?
a)
A)
b)
B)
c)
C)
d)
D)
e)
E)