NEW
Font size
WorksheetsSahibkarlıq və müəssisə - 2 (2025)
Total questions: 20
Worksheet time: 13mins
Bunlardan hansı firmaların xüsusi vəsaitləri sırasına aid edilir?
Firmanın hesabladığı, amma hələ işçilərə ödəmədiyi əmək haqqı üzrə borc öhdəlikləri
Bankdan alınan uzunmüddətli kreditlər
Fimanın Nizamnamə kapitalının yaradılmasına qoyulan vəsait
Dövlət büdcəsi hesabına təqdim olunan güzəştli kreditlər
Bankdan alınan qısamüddətli kreditlər
Bunlardan hansı layihənin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi göstəricisi deyildir?
Xalis cari dəyər
Daxili gəlirlilik faizi
Layihənin rentabelliyi
İnvestisiyanın özünü ödəmə müddəti
Mürəkkəb faizin hesablanması
Aşağıdakı suallardan hansının cavabı biznes-planın "Maliyyə planı" bölməsində olmur?
Malınızı (xidmətinizi) hansı qiymətlərlə təklif edəcəksiniz?
Layihənin reallaşdırılması üçün nə qədər vəsait qoyuluşuna (maliyyəyə) ehtiyacınız var?
Biznesinizin gəlirlilik səviyyəsi nə qədər proqnozlaşdırılır?
Biznes layihənziin reallaşdırılması ilə bağlı aktivlərin tərkibi nədən ibarətdir?
Biznesinizin dəyişən və sabit xərcləri, satışın artım sürəti, kapital dəyəri və s. kimi məsələləri barədə təxminləriniz nədən ibarətdir?
Firmanın maliyyə balansı hesabatı ilə bağlı aşağıdakı bərabərliklərdən hansı doğrudur?
Cəmi aktivlər = qısamüddətli aktivlər + uzunmüddətli öhdəliklər
Cəmi öhdəliklər = qısamüddətli öhdəliklər + uzunmüddətli aktivlər
Firmanın cəmi aktivləri = Cəmi öhdəliklər + Kapitalı
Firmanın kapitalı = Nizamnamə kapitalı - bölüşdürülməmiş mənfəət
Firmanın cəmi aktivləri = Firmanın kapitalı - Cəmi öhdəlikləri
Bunlardan hansı firmanın əsas maliyyə hesabatları sırasına daxil deyildir?
İnvestisiyanın iqtisadi səmərəlilik hesabatı
Maliyyə balansı hesabatı
Mənfəət və zərər hesabatı
Kapitalda dəyişikliklər hesabatı
Pul vəsaitlərinin hərəkəti hesabatı
SWOT-analiz (GZİT-təhlil) modeli vizual olaraq hansı formada təqdim edilir?
düstur formasında
formula formasında
matris formasında
qrafik formasında
funksiya formasında
Firmanın fəaliyyətinə müsbət təsir göstərən xarici mühit amilləri SWOT matrisin hansı bölməsində yerləşdirilir?
Güclü tərəflərdə
Zəif tərəflərdə
İmkanlar bölməsində
Təhlükələr bölməsində
Belə amillər SWOT modeldə əks olunmur
GZİT (SWOT) matrisin “G – T” (S – T) bölməsində cavablandırılası sual hansıdır?
bu güclü tərəflər potensial imkanlardan yararlanmaqla qarşıya qoyulan məqsədə çatmağa yetərlidirmi?
bu güclü tərəflər qarşıya qoyulan məqsədə doğru fəaliyyət zamanı gözlənilən təhlükələri aradan qaldırmağa yetərlidirmi?
bu zəif tərəflər qarşıya qoyulan məqsədə doğru fəaliyyət zamanı potensial imkanlardan faydalanmağa mane olurmu?
bu zəif tərəflər qarşıya qoyulan məqsədə doğru fəaliyyət zamanı gözlənilən təhlükələrdən yan keçməyə mane olurmu?
bu güclü tərəflər və potensial imkanlar qarşıya qoyulan məqsədə doğru fəaliyyət zamanı zəif tərəfləri və gözlənilən təhlükələri aradan qaldırmağa yetərlidirmi?
SWOT-un elementləri barədə aşağıdakı fikirlərdən hansı yanlışdır?
güclü və zəif tərəflər şirkətin daxili xarakteristikasıdır
imkan və təhlükələr firmanın xarici mühitinin xarakteristikasıdır
güclü və zəif tərəflər o zaman bu cür hesab edilə bilər ki, onları alıcılar və rəqiblər belə qəbul etsinlər
firma özünün güclü və zəif tərəflərinə nəzarət edə və təsir göstərə bilir
imkan və təhlükələrə firma nəzarət edə və təsir göstərə bilir
Biznesin (firmanın) müəyyən dövr ərzində maddi-material ehtiyatlarına olan tələbatı necə hesablanır?
həmin dövr üçün istehsal proqramı və material məsrəfi normaları əsasında
firmanın istehsal gücü və maliyyə planı əsasında
firmanın istehsal proqramı və pul vəsaitlərinin hərəkəti planı əsasında
istehsal gücü əsasında
firmanın maddi-texniki təminatı əsasında
Aşağıdakılardan hansı firmalarda yaradılan istehsal ehtiyatlarının növü deyildir?
cari ehtiyatlar
sığorta ehtiyatları
hazırlıq ehtiyatları
normativ ehtiyatlar
mövsümi ehtiyatlar
Bunlardan hansı Biznes-planın "Əməliyyat-istehsal planı" bölməsində cavabı verilməli sual deyildir?
Biznesinizin əsas fəaliyyət (məhsul istehsalı və ya xidmət göstərilməsi) texnologiyası nədən ibarətdir?
«Texnoloji proses»in baş tutması üçün hansı resurslara – maddi-texniki, insan, vaxt və s. – ehtiyac var?
Firmanın istehsal gücü nə qədərdir?
Firmanın istehsal stehsal proqramı nə dərəcədə əsaslıdır?
Firmanın istehsal gücü və istehsal planı arasında oxşarlıq və fərqlər nədir?
Bunlardan hansı məhsulun keyfiyyət göstəricisi deyildir?
məhsulun erqonomik göstəriciləri
məhsulun təyinat göstəriciləri
məhsulun texnolojilik göstəriciləri
məhsulun etibarlılıq göstəriciləri
məhsulun tanıtım göstəriciləri
Bunlardan hansı «Dörd P» marketinq kompleksinə daxil deyildir?
Məhsul (Product)
Qiymət (Price)
Paylama kanalları (Placement)
İrəlilətmə (Promotion)
İstehsal (Produced)
Bunlardan hansı Marketing 3.0 (Dəyərəyönəlmə) konsepsiyasının xarakteristikası deyil?
Hədəf:
Dünyanı daha gözəl etmək
Təkanverici qüvvə: Yeni texnoloji dalğa
Şirkət bazarı necə
görür:
Emosiya və ürəyi
olan tam dərketmə
qabiliyyətinə malik
müştərilər
Müştəri ilə iş:
Biri çoxu ilə
Müştəri dəyəri:
Funksionallıq,
emosionallıq və
duyğusal
Bunlardan hansı bazarın segmentləşdirilməsi əlaməti deyil?
Demoqrafik əlamətlər
Coğrafi əlamətlər
Nəqletmə əlamətləri
Psixoqrafik əlamətlər
İstehlakçının məhsula ehtiyacı və marağı əlamətləri
Satış kanallarında olan axınlardan hansı yanlış verilib?
xammal və materialların axını
mülkiyyət hüquqlarının axını
sifarişlər axını
maliyyə axınları
informasiya axınları
Bunlardan hansı təşkilati idarəetmə quruluşunun növlərinə aid deyil?
Funksional
Xətti-funksional
Divizional
Martis
İnzibati
Bunlardan hansı maliyyə-iqtisadi risklərə aid edilir?
Vergilərin artımı
Texnologiyaların dəyişməsi
İşçilərin tətil etmə təhlükəsi
Avadanlıqlaırn köhnəlməsi
Təbii fəlakət
Bunlardan hansı risklərin idarə edilməsi yanaşmalarına aid deyildir?
Riskə yol verilməməsi
Riskin qəbul edilməsi
Riskin məhdudlaşdırılması
Riskin sığortası
Riskin satışı
