NEW
Font size
WorksheetsTexnologiya ümumi sınaq - Fərid Teyyubzadə
Total questions: 40
Worksheet time: 54mins
Furniturdan aslı olaraq pəncərə layı olur —
A) Dönən-Açılan
B) Açılan-Bağlanan
C) Dönən, Qatlanan
D) Hərəkətli, hərəkətsiz
E) Dönən, qatlanan-dönən
M14, M12, M20 - burada ədədlər (14,12,20) nəyi ifadə edir?
A) Yivin daxili diametrini
B) Yivin növünü
C) Yivin elementini
D) Xarici diametrini
E) Yivin bucağını
Kollektorlu mühərrikdə çərçivənin eyni istiqamətdə fırlanmasını təmin edən hissə —
A) Rotor
B) Stator
C) Kollektor
D) Sarğı
E) Lövbər
Kran başlığını axıra qədər bağlamaq olmur, su püskürüb axırsa səbəb nədir —
A) Kipəcin sıradan çıxması
B) Kran başlığının sınması
C) Gövdənin əyilməsi
D) Ara qatının sıradan çıxması
E) Yivin dağılması
Ağartma emalında, həmçinin pardaxlamada tətbiq olunur —
A) İri dənəcikli sumbata kağızı
B) Suvand
C) Yeyə
D) Kiçik dənəcikli sumbata kağızı
E) Törpü
Naxıştikmə üçün bizə lazım deyil :
A) Sancaqlar
B) Kalka kağızı
C) Tikişsökən
D) Xətkeş
E) Kərgah
Yanlış olanları seçin:
1. Soyuducunun qapıları örtülü halda sürgü ilə saxlanılır.
2. Freonun istiliyi özünə çəkmək və mayeyə çevrilmək kimi xassələri var.
3. Soyuducunun qapıları örtülü halda kipləşdirici ilə saxlanılır.
4. Soyuducunun maşın bölməsində soyuducu aqreqat var.
5. Dondurucu aqreqat iki əsas hissədən ibarətdir.
6. Freonun iş prinsipi belədir: mühərrik-komprer freonun buxarını buxarlandırıcıdan çəkir və onları kondensatora ötürür.
A) 1,2,4
B) 3,5,6
C) 1,2,5
D) 1,2,6
E), 2,4,5
Plovu hazırlanması zamanı ilkin mərhələ—
A) Düyünün yuyulması
B) Düyünün seçilməsi
C) Düyün islatmaq
D) Düyünün arıdılması
E) Düyünün qaynadılması
Qısa məsafələrə elektromaqnit dalğa ötürən —
A) Dalğaverən
B) Fırlanan stol
C) Ötürücü
D) Maqnetron
E) Kondensator
Doğru fikirləri seçin:
1. Basdırma tikişi əl ilə yerinə yetirilir.
2. Köbə eninə və çəpinə istiqamətdə biçilə bilər.
3. Xaçvari tikişlə qatlama iynənin sağdan sola hərəkətilə alınır.
4. Çəpinə köbə 90 dərəcə bucaq altında biçilir
A) 2,4
B) 2,3
C) 1,2
D) 1, 4
E) 1,3
Tirciklərin taxma üsul ilə birləşdirilməsi:
A) Bucaqlıq altında eninə, uzunun
B) Uznuna, düzbucaqlı altında
C) Bucaqlıq altında eninə, reysmusla uzununa
D) Pilləli taxma, reysmusla uzununa
E) Bucaqlıq altında eninə, çarpaz
Detalın ölçüsü 80 +0.4 / –0.3 verilmişdir. Nominal ölçünü tapın:
A) 79.5 mm
B) 80.4 mm
C) 79.9 mm
D) 80 mm
E) 80.3 mm
Oduncaq qurudulduqdan sonra görüləcək işlərin ardıcıllığını müəyyən edin:
1️⃣ Sumbata kağızı ilə cilalanır
2️⃣ Əlif yağı çəkilir
3️⃣ Qurudulur
4️⃣ Deşiklər, çatlar doldurulur
a) 4 → 1 → 3 → 2
b) 4 → 3 → 1 → 2
c) 3 → 4 → 2 → 1
d) 2 → 4 → 3 → 1
e) 4 → 2 → 3 → 1
Nazikqatlı malalama zamanı sement qatışıqları olur —
A) 3 sm - ə qədər
B) 2 sm-ə qədər
C) 5 sm - ə qədər
D) 10 sm - ə qədər
E) 1 sm - ə qədər
Benzinmühərrikli mişar quruluşuna görə hansı alətlər qrupuna aiddir:
A) Texnoloji
B) İş maşınlarına
C) Mexanikiləşdirilmiş əl alətlərinə
D) Enerji maşınlarına
E) Mexaniki qurğulara
Konvensiya rejimli mikrodalğalı sobanın əsas xüsusiyyəti —
A) İki rejimdə işləyə bilməsi
B) Mətbəxdə az yer tutması
C) Təmizlənməsinin asan olması
D) Sərinləşdiricisinin olması
E) Elektrik sərfiyyatının az olması
Təsvir olunmuşdur:
A) Elektromexaniki taymer
B) Elektron idarəetmə bloku
C) İdarəetmə bloku
D) Reduktor
E) İdarəetmə dəstəyi
Özükəsən şuruplardan istifadə edərkən işin rahat getməsi üçün düzgün ardıcıllığı müəyyən edin:
1️⃣ Burğulamaq
2️⃣ Vintaçanı düzgün seçmək
3️⃣ Kiçik diametrli deşik açmaq
a) 3 → 1 → 2
b) 1 → 3 → 2
c) 2 → 3 → 1
d) 3 → 2 → 1
e) 1 → 2 → 3
Cərəyan keçən naqilin maqnit qütbləri arasında davamlı hərəkətini təmin etmək üçün hansı üsuldan istifadə olunur?
a) Naqili çərçivə formasına salmaq və maqnit sahəsini dəyişmək
b) Naqili spiral formasına salmaq və hər iki ucunu kollektorla birləşdirmək
c) Naqili çərçivə formasına salmaq və cərəyanın istiqamətini kollektorla dəyişmək
d) Naqili çərçivə formasına salmaq və cərəyanın istiqamətini maqnitlə dəyişmək
e) Naqili çərçivə formasına salmaq və gərginliyi artırmaq
Həncama və cəftənin tez və dəqiq əymək üçün —
A) Yastıağız və yumruağız kəlbətinlə
B) Sağanaqda
C) Əymə tərtibatında
D) Məngənədə
E) Silindrik sağanaqda
Plisse edilərkən formasını yaxşı saxlayır.
Qızdırılma zamanı qat və plisseleri yaxşı saxlayır.
A) 1.Vizkoz, 2.Poliamid
B) 1.Asetat, 2.Üçasetat
C) 1.Poliamid, 2.Poliefir
D) 1.Asetat, üçasetat, 2.Poliefir
E) 1.Poliefir, 2.Elastan
Oduncaq kütləsi qurudulmadan əvvəl 250 q idi. Qurudulduqdan sonra kütlə 215 q oldu. Oduncağın nəmliyini hesablayın:
A) 35%
B) 18%
C) 4,65%
D) 16,3%
E) 35,5%
5×50 ölçülü şurupun birinci ədədi nəyi göstərir?
A) Uzunluq (sm)
B)Kəsik sahəsi (mm)
C) Uzunluğu (mm)
D) Radiusu (mm)
E) Diametri (mm)
Liflərin xüsusiyyətlərini uyğunlaşdırın:
1.Möhkəmliyinə görə təbii ipəkdən geri qalır.
2.Yumşaq,elastik və möhkəmdir.
3.Daha az möhkəmliyə malikdir,amma daha elastikdirlər.
4.Hamar səthə malikdir,cırılmaya və sürtülüb yeyilməyə davamlıdır.
a.poliamid liflərdən olan parçalar
b.viskoz liflərdən olan parçalar
c.poliefir liflərdən olan parçalar
ç.asetat və üçasetat liflərdən olan parçalar
A)1-b,2-ç,3-a,4-c
B)1-a,2-c,3-b,4-ç
C)1-c,2-a,3-ç,4-b
D)1-b,2-c,3-ç,4-a
E) 1-ç, 2-b, 3-c, 4-a
Uyğunlaşdırın :
1.biçimdən əvvəl aparılır.
2.hazır məmulat üzərində aparılır.
3.hər əməliyyatdan sonra aparılır.
a.aralıq - b.yekun
A)1,3-a,2-b
B)1-b,2,3-a
C)1-a,2,3-b
D)1,2-a,3-b
E) 1,3-a, 2-c
Ailə büdcəsinin xərclərinə aid deyil—
A)mütləq ödəmələr
B)yığım
C)kommunal xərclər
D)təqaüdlər
E) Qidaya ayrılan vəsait
Malalamaya başlamaq lazımdır —
A) Pəncərə yanlarından
B) Qapı kənarlarından
C) Xarici künclərdən
D) Tavandan
E) Daxili künclərdən
Çox yağlı xəmirdən hazırlanmış məhsullar bişərkən —
A) şəklini dəyişir və iştahaaçan dada malik olur
B) Acımır, tez qaysaqlanır
C) Çatlayır, bulanıq rəngi olur
D) formasını saxlamır,yaxşı bişmir və ortası çiy olur
E) Ovulur, qaralır, yaxşı qarışmır
Naxıştikmə üçün muncuqların ölçüsü parçanın hansı xüsusiyyətlərinə görə seçilməlidir?
A)rənginə və formasına görə
B) sıxlığına və nazikliyinə görə
C)qalınlığına və sıxlığına görə
D)materialına və qalınlığına görə
E) Növünə və sıxlığına görə
Ən çox işlədilən bərkitmə növü —
A) Şkantlar
B) Vintli bərkitmə
C) Şrupla
D) Ekssentik bərkitmə
E) Çaşka həncama
Elektromexaniki taymerin yumrucuqlu disk dəstində çıxıntılar və çökəkliklər — adlanır.
a) Linglər
b) Kommutator
c) Yumrucuqlar
d) Reduktor
e) Dişli çarxlar
Duru sıyıqların hazırlanmasında əsas fərq nədir?
a) Daha çox duz əlavə olunur
b) Daha çox maye əlavə edilir
c) əvvəlcə qaynadılır
d) Süfrəyə verilməzdən əvvəl şəkər və kərə yağı əlavə olunur
e) Paxlalılarla bişirilir
Nazik təbəqə metalın qalınlığı —
a) 0,05–0,1 mm
b) 0,5–1 mm
c) 0,2 - 0,5 mm
d) 5 mm
e) 2 mm
Yanlış fikri müəyyən edin:
A) Qurğuşun ağır, çox yumşaq və gümüşü metaldır
B) Çuqun poladdan sərt və elastikdir
C) Alüminium yüngül və yumşaq gümüşü metaldır
D) Düralüminium alüminiumun mis, maqnezium və sink ilə ərintisidir
E) Latun misin sinklə ərintisidir və sarı rəngə malikdir
Emal edilən səthin düzxətliliyini təmin etmək üçün hansı yeyələmə üsulu seçmək məqsədəuyğundur?
A) Dairəvi
B) Çarpaz
C) Uzununa
D) Düzxətli
E) Eninə
Yanlış olanları seçin:
1.Bütün yonucu alətlər taxta və ya metal qəlibdən, bıçaqdan, pazdan və dəstəkdən ibarətdir.
2. Rəndə fuqandan uzundur.
3. Sağ əl ilə rəndənin arxa, sol əl ilə isə ön dəstəkdən tuturlar.
4. Dülgər alətlərini verstakın üzərinə yalnız yanı üstə qoymaq olar.
5. Yonmanın əvvəlində qəlibin arxa hissəsini, sonunda isə ön hissəsini sıxırlar.
A) 1,3,5
B) 2,3,4
C)1,2
D) 3,4
E) 2,5
Çertyoja nisbətən əyanidir, daha tez yerinə yetirilir -
A) Quraşdırma çertyoju
B) Texniki rəsm
C) Ümumi görüş çertyoju
D) Eskiz
E) Yığma çertyoju
Təsvirdə verilmiş ötürücü mexanizm —
A) Qayış ötürməsi
B) Dişli ötürmə
C) Vintli ötürmə
D) Dişli-tamasalı ötürmə
E) Zəncir ötürməsi
Kəsiklərin saçaqlanmasının qarşını almağın ən etibarlı üsulu -
A) İynəqabağı tikişlə
B) Xaçvari tikişlə
C) Ziqzaqşəkilli tikişlə
D) İynəarxası tikişlə
E) Çəpinə tikişlə
— metal, gips və daş səthlərin qızılsuyuna salınmasında, eləcə də interyer zərlənməsində istifadə olunur.
A) Yağ əsasda qızılsuyunasalma
B) Poliment üzərinə quzulsuyuçəkmə
C) Gümüşləmə
D) Xromlama
E) Odlu qızılsuyunasalma
