Font size
Worksheetssahibkarlıq 1,2
Total questions: 20
Worksheet time: 19mins
Leyla şəhərdə evdə hazırladığı desertləri satmaq istəyir. O, xərcləri hesablayır, bazar araşdırması aparır və sosial mediada reklam edir. İlk ayda müəyyən qazanc əldə edir.
Sual: Leyla-nın fəaliyyəti sahibkarlıq hesab edilə bilər, çünki:
O, yalnız dövlət dəstəyi ilə iş görür
O, fəaliyyətini könüllü olaraq edir
O, heç bir planlaşdırma aparmayıb
O, yalnız sosial məqsəd güdür
O, risk götürərək təşəbbüs göstərir və resursları idarə edir
Rəşid texnoloji startap açıb və tətbiqdən gəlir əldə edir. Eyni zamanda, Günay kənddə uşaqlar üçün pulsuz kodlaşdırma kursları təşkil edir.
Sual: Hər iki fəaliyyətin oxşar cəhəti hansıdır?
Hər iki şəxs təşəbbüskardır və resursları idarə edə bilir
Hər iki fəaliyyət yalnız qazanc məqsədli olur
Hər iki şəxs dövlət vəsaiti ilə işləyir
Hər iki şəxs gəlir əldə etmir
Hər iki fəaliyyət könüllülük əsasında həyata keçirilir
Aylin kənddəki uşaqlar üçün ekoloji təhsil proqramı təşkil edir. Proqram yalnız bir dəfə baş verir və sonrakı aylar üçün maliyyələşmə yoxdur.
Sual: Bu fəaliyyət sosial sahibkarlıq kimi davamlı sayıla bilərmi?
Xeyr, çünki davamlı gəlir və fəaliyyət modeli yoxdur
Bəli, çünki sosial təsir yaradılıb
Xeyr, çünki yalnız qazanc məqsədli deyil
Bəli, çünki dövlət dəstəyi var
Xeyr, çünki könüllülük əsasında keçirilib
ABC şirkəti mənfəətinin bir hissəsini yoxsul ailələr üçün ayırır, işçilərinə də sosial layihələrdə iştirak imkanı yaradır.
Sual: Bu fəaliyyət hansına aiddir?
KSM
Xeyriyyəçilik
Sosial sahibkarlıq
Yalnız biznes fəaliyyəti
Dövlət layihəsi
Günay kənddə uşaqlar üçün pulsuz kodlaşdırma kursları təşkil edir. Layihə gəlir gətirmir, amma cəmiyyət üçün faydalıdır.
Sual: Bu fəaliyyət hansına aiddir?
A) Sosial sahibkarlıq
B) KSM
C) Xeyriyyəçilik
D) Sadəcə biznes
E) Dövlət dəstəyi
Leyla tullantıları azaltmaq üçün ekoloji məhsullar istehsal edən startap açır. Məqsəd həm qazanc əldə etmək, həm də cəmiyyətə fayda verməkdir.
Sual: Bu fəaliyyət hansına aiddir?
A) Sosial sahibkarlıq
B) KSM
C) Xeyriyyəçilik
D) Sadəcə biznes
E) Dövlət layihəsi
Bir şirkət istehsal etdiyi məhsulların qablaşdırılmasını təkrar emal olunan materiallarla dəyişir və bu həm ekoloji təsiri azaldır, həm də şirkətin brendinə müsbət təsir göstərir. Bu ---------- nümunəsidir.
(a)
Bir sahibkar aztəminatlı ailələr üçün ucuz və əlçatan səhiyyə xidməti sistemi yaradır və biznes modeli davamlı gəlir gətirir. Bu ----------- aiddir.
(a)
Şirkət təbii fəlakətdən zərər çəkmişlərə böyük miqdarda pul yardımı edir.
Bu ---------- nümunəsidir.
(a)
Bir bank region gənclərinə ödənişsiz maliyyə savadlılığı təlimləri təşkil edir və bu layihəni illik sosial məsuliyyət planına daxil edir. Bu ----------dir.
(a)
Sahibkarın əsas vəzifələrindəndir?
təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək
istənilən müəssisələr yaratmaq, idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək
təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək
işçiləri işə qəbul etmək və işdən azad etmək, onların əməyinin ödənilməsinin formasını müəyyənləşdirmək
işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə uyğun əmək şəraiti yaratmaq
Öz fəaliyyətini həyata keçirmək üçün sahibkar hansı hüquqlara malikdir?
öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər müəyyənləşdirmək
işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə uyğun əmək şəraiti yaratmaq
qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək
işçinin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə
ödəmək
qanunvericilikdə müəyyən edilmiş vergiləri, dövlət sığorta, sosial müdafiə və digər fondlara ayırmaları ödəmək
“Grameen Bank” kommersiya məqsədləri ilə çalışan banklardan fərqlənən faktorla aidd deyil :
Kasıb insanların həyatına iqtisadi və sosial dəyişiklik gətirmək
bütün cavablar düzdür
Krediti götürənin nəyin ola biləcəyinə baxmaq
Heç bir girov götürmədən, sırf insanlara güvənə əsaslanaraq cüzi faizlərlə kreditlər vermək
Şəhərdən kənar yerlərdə yerləşmək
Sahibkarlıqda müəssisənin makromühitinə nə aiddri?
xarici partnyorlar, mədəni, iqtisadi, daxili sahibkarlıq mühiti
Mədəni, istehlakçı, fərdi, istehsal
rəqiblər, vasitəçilər, dövlət orqanları
iqtisadi, təbii, elmitexniki,
siyasi, mədəni mühit
tədarükçü, istehlakçı, xarici partyorlar
Sahibkarlıq hüquqlarına aid deyil :
istənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;
işçiləri işə qəbul etmək və işdən azad etmək;
Antiinhisar qanunvericiliyinə riayət etmək
başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək;
dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakının, başqa əmlakı və əmlak hüquqlarını tamamilə və ya qismən
əldə etmək
Sahibkarlıq anlayışını ilk dəfə elmə kim gətirmişdir:
•
A Monkretyen
Ricard Kantilon
A Marşall
l
D Abalkin
Q Menil
Mikrokreditin ziyalısı kimdir?
Drayton
Young
Yunus
Gates
düzgün cavab yoxdur
U.B.Drayton ilk və ən geniş sosial sahiblarıq şəbəkəsi
•
Givin
Aşoka
Grammer bank
Down cofe
Trash Man
Sahibkarın əsas vəzifələrindəndir?
•
təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək
işçiləri işə qəbul etmək və işdən azad etmək, onların əməyinin ödənilməsinin formasını müəyyənləşdirmək
işçiləri işə qəbul etmək və işdən azad etmək, onların əməyinin ödənilməsinin formasını müəyyənləşdirmək
işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə uyğun əmək şəraiti yaratmaq
istənilən müəssisələr yaratmaq, idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək
Ashoka'nın qurucusu kimdir?
Karl Marks
Bill Drayton
Bill Gates
Shumpeter
Young
