wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

İqtisada giriş Mövzu 3-1

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Tələb funksiyası nəyi göstərir?

a)

tələbin strukturunu

b)

tələbin həcminin ona təsir edən amillərdən asılılığını

c)

tələbin vaxtdan asılı olaraq dəyişməsini

d)

belə funksiya yoxdur

e)

tələbin qiymətdən asılılığını

2.

Qarşılıqlı əvəzolunan əmtəələrə aiddir:

a)

paltar və ayaqqabı

b)

taxıl və çörək

c)

qələmlər və flomasterlər

d)

dəftərlər və piroqlar

e)

rəng və fırça

3.

Tamamlayıcı əmtəələrə aiddir:

a)

qələm və flomaster

b)

kabab və qoyun əti

c)

dəftər və kitab

d)

avtomobil və benzin

e)

pivə və kvas

4.

Tələbə təsir göstərən qeyri-qiymət amillərinə aiddir:

a)

zövqlər

b)

əlaqəli əmtəələrin qiymətləri

c)

istehlakçının gəliri

d)

Bunlardan heç biri

e)

Bunların hamısı

5.

Tələb qanununa müvafiq olaraq, əmtəənin qiyməti artarsa:

a)

istehsalçıların arasındakı rəqabət güclənər

b)

tələb azalar

c)

tələb artar

d)

tələbin kəmiyyəti azalar

e)

tələbin kəmiyyəti artar

6.

Tələb qanununun iqtisadi məzmunu:

a)

alınan məhsulun miqdarı ilə qiyməti arasındakı birbaşa əlaqəni

b)

satılan məhsulun miqdarı ilə qiyməti arasındakı əks əlaqəni

c)

tələb və təklif arasındakı əlaqəni

d)

hər bir əmtəənin elastiklik dərəcəsini

e)

elastik və qeyri-elastik əmtəələr arasındakı əlaqəni

7.

Təkmil (mükəmməl) rəqabətli bazarın əsas əlamətləri:

a)

Bunlardan heç biri

b)

Bunların hamısı

c)

satıcı və alıcıların sayı o qədər böyükdür ki, ayrı-ayrılıqda onların heç birinin qiymət üzərində güclü təsiri mövcud deyildir

d)

alıcılar və satıcılar bazar tərəfindən müəyyənləşdirilən qiyməti qəbul edirlər, onlar “qiymət götürənlər” kimi xarakterizə olunurlar

e)

təklif olunan əmtəə və xidmətlərin hamısı eyni forma və keyfiyyətə malikdirlər

8.

Eyni növ əmtəənin çoxlu sayda müstəqil satıcısı və alıcısı ilə səciyyələnən bazar strukturu necə adlanır?

a)

oliqopoliya

b)

inhisar

c)

təkmil rəqabətli bazar

d)

inhisarçı rəqabətli bazar

e)

kartel

9.

Hər bir mövcud anda bazarda yaranan şərtlərin məcmusu-bu:

a)

bazar tarazlığıdır

b)

dəyər qanunudur

c)

bazar mexanizmidir

d)

son faydalılıq qanunudur

e)

bazar konyukturasıdır

10.

Tələb əyrisi boyunca hərəkət adlanır:

a)

qiymətin azalması

b)

tələbin həcminin dəyişməsi

c)

tələbin dəyişməsi

d)

qiymətin artması

e)

qiymətin sabit qalması