wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

QUIZ 3

Total questions: 14

Worksheet time: 14mins

Name
Class
Date
1.
Əmtəənin həyat dövrünün bazara çıxarılma mərhələsində hansı reklamdan istifadə olunmalıdır?
a)
məlumatlandırıcı reklam
b)
prestij reklamı
c)
xatırladıcı reklam
d)
stimullaşdırıcı reklam
e)
vadaredici reklam
2.
Tələbin qiymətləndirilməsində və proqnazlaşdırılmasında informasiya mənbəyi nədir?
a)
zəruri məlumatları əks etdirən statistik hesabat forması və seçmə müşahidə materialları
b)
proqnozlaşdırılan göstərici üzrə məlumat
c)
tələbə təsir edən amillər
d)
əhalinin pul gəlirləri
e)
ailələrin həcmi və tərkibi
3.
Geri çağrılmayan akkreditivin digər akkreditiv növlərindən fərqi nədir?
a)
bu cür akkreditiv maraqlı tərəflərin razılığı olmadan dəyişilə və yaxud ləğv oluna bilməz
b)
bu cür akkreditiv bank-emitent tərəfindən istənilən vaxtda benefisiara bildiriş göndərilmədən dəyişilə və yaxud ləğv oluna bilər
c)
bu cür akkreditiv emitent olmayan başqa bank tərəfindən əlazə zəmanət verilməsini nəzərdə tutur
d)
bu cür akkreditiv kontrakt üzrə nəzərdə tutulmuş iri daimi mal göndərilmə məbləğinin hissə-hissə ödənişini nəzərdə tutur
e)
bu zaman bank-emitent ödəyicinin xüsusi vəsaitlərini və yaxud ona verilən krediti mal göndərinin bankının sərəncaməna köçürür
4.
Vəsaitlə təmin olunmuş akkreditivin digər akkreditiv növlərindən fərqi nədir?
a)
bu zaman bank-emitent ödəyicinin xüsusi vəsaitlərini və yaxud ona verilən krediti mal göndərinin bankının sərəncaməna köçürür
b)
bu cür akkreditiv bank-emitent tərəfindən istənilən vaxtda benefisiara bildiriş göndərilmədən dəyişilə və yaxud ləğv oluna bilər
c)
bu cür akkreditiv emitent olmayan başqa bank tərəfindən əlazə zəmanət verilməsini nəzərdə tutur
d)
bu cür akkreditiv kontrakt üzrə nəzərdə tutulmuş iri daimi mal göndərilmə məbləğinin hissə-hissə ödənişini nəzərdə tutur
e)
bu cür akkreditiv maraqlı tərəflərin razılığı olmadan dəyişilə və yaxud ləğv oluna bilməz
5.
Kommersiya hüququnun mənbəyi nədən ibarətdir?
a)
işgüzar dövriyyə adətləri
b)
məhkəmə presedenti
c)
mal göndərişi müqaviləsi
d)
podrat müqaviləsi
e)
lizinq müqaviləsi
6.
Malın (xidmətin) dəyərinin pulla ifadəsi necə adlanır?
a)
qiymət
b)
mənfəət
c)
gəlir
d)
marjinal gəlir
e)
məsrəf
7.
Kommersiya riski nədir?
a)
düzgün olmayan qərar nəticəsində kommersiya işində mümkün olan zərər
b)
kommersiya fəaliyyətində yaranan məsrəflər
c)
malların satışından və xidmətlərin göstərilməsindən olan zərər
d)
kommersiya fəaliyyətində nəzərdə tutulan göstəricilərə gec nail olmama
e)
kommersiya fəaliyyətində riskin yaranma ehtimalı çox azdır
8.
Pul nağdsız dövriyyədə hansı növdə çıxış edir?
a)
ödəniş vasitəsi kimi
b)
yığım vasitəsi kimi
c)
dövriyyə vasitəsi kimi
d)
dəyər meyarı kimi
e)
dünya pulu kimi
9.
Akkreditiv üzrə hesablaşmaların müddəti və qaydası kim tərəfindən müəyyən olunur?
a)
ödəyənlə mal göndərən arasındakı müqavilə ilə
b)
Milli bank tərəfindən
c)
Maliyyə nazirliyi tərəfindən
d)
Vergilər nazirliyi tərəfindən
e)
İqtisadiyyat nazirliyi tərəfindən
10.
Kommersantın işgüzarlıq etiketinə nə aid deyil?
a)
risk etmə bacarığı
b)
özünü təqdimetmə və tanışlıq qaydaları
c)
işgüzar danışıqların aparılması qaydaları
d)
işgüzar yazışmalar və telefon danışıqları qaydaları
e)
nitqə verilən tələblər, işgüzar protokolu bilmə qaydaları
11.
Risklərin idarəedilməsi metod və alətlərinə aşağıdakılardan hansı aid edilmir?
a)
riskdən yayınmaq məqsədilə kadrların daimi rotasiyası
b)
həddindən artıq riskli fəaliyyətdən imtina edilməsi (imtina etmə metodu)
c)
profilaktika və yaxud diversifikasiya (azaltma metodu)
d)
məsrəfli riskli funksiyaların autsorsinqi (ötürmə metodu)
e)
ehtiyatların və qalıqların formalaşdırılması (qəbul etmə metodu)
12.
Kommersantın etikası nədir?
a)
kommersantın mənəvi davranış normaları sistemidir
b)
kommersantın təsərrüfatı idarə etmə bacarığıdır
c)
kommersantın işçi heyəti ilə işləmə bacarığıdır
d)
kommersantın tərəf-müqabillərlə işləmə bacarığıdır
e)
kommersantın alıcılarla rəftar qurma bacarığıdır
13.
Kommersantın şəxsi keyfiyyətlərində nəyin olması arzuolunmazdır?
a)
kommersiyanı ancaq varlanma ilə əlaqələndirmə
b)
risk etmə və öz üzərinə öhdəlik götürmə bacarığı
c)
öz işinə sədaqətlilik, düzlük, doğruluq
d)
yüksək mənəvi və fiziki keyfiyyətlər
e)
insanlara qarşı səmimi olma, təşəbbüskar olma
14.
Kommersantın peşəkarlıq xasiyyətlərinə nəyi aid etmək olmaz?
a)
yüksək nəticə əldə etmə naminə amansız olma
b)
özünü idarə etmə bacarığı
c)
informasiyanı təhlil etmə bacarığı
d)
sosial plastiklik
e)
məntiqi düşüncənin yüksək səviyyəsi