wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Mikroiqtisadiyyat oliqapoliya inhisarçı rəqabət

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Yalnız iki üzvün mövcud olduğu oliqopoliya necə adlanır?

a)

Duopoliya

b)

İnhisar

c)

Polipoliya

d)

Monopsoniya

2.

Əgər oliqopoliya üzvləri ümumi istehsal həcmi üzrə razılığa gəlsəydilər, hansı həcmi seçərdilər?

a)

Maksimal istehsal həcmini seçəcəklər

b)

Qiyməti aşağı salanhəcmi seçəcəklər

c)

İnhisarçı mənfəəti maksimallaşdıran həcmi seçəcəklər

d)

Sosial cəhətdən səmərəli miqdarı seçəcəklər

3.

Qeyri-mükəmməl rəqabət hansı bazar strukturlarına aiddir?

a)

Qeyri-mükəmməl rəqabət mükəmməl rəqabətlə oliqopsoniya arasında olan bazar strukturlarına aiddir

b)

Qeyri-mükəmməl rəqabət oliqopoliya iləqeyri mükəmməl rəqabət arasında olan bazar strukturlarına aiddir

c)

Qeyri-mükəmməl rəqabət mükəmməl rəqabətlə inhisar arasında olan bazar strukturlarına aiddir.

d)

Qeyri-mükəmməl rəqabət inhisarla qeyri mükəmməl rəqabət arasında olan bazar strukturlarına aiddir

4.

Oyunlar nəzəriyyəsinə görə oliqopolistik bazarda firmalar necə hərəkət etməlidir?

a)

firmalar rəqabət mühitini təhlil etməlidir

b)

firmalar düzgün marketinq siyasəti apparmalıdır

c)

firmaların sayı az olduğundan hər bir firma strategiya ilə hərəkət etməlidir

d)

firmalar sərbəst hərəkət etməlidir

5.

Bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin digərlərinin artıq seçdikləri strategiyanı nəzərə alaraq, hər birinin özünün ən yaxşı strategiyasını seçdiyi situasiya necə adlanır?

a)

Milton tarazlığı

b)

Nəş tarazlığı

c)

Neuman tarazlığı

d)

Pareto tarazlığı

6.

İnhisarçı rəqabət bazarında tarazlıq mükəmməl rəqabət bazarındakından nə ilə fərqlənir?

a)

Hər bir firma marjinal xərclərdən yüksək qiymət təyin edir

b)

Birincisi, inhisarçı rəqabət bazarındakı hər bir firma əlavə istehsal imkanlarına malikdir. İkincisi, hər bir firma marjinal xərclərdən yüksək qiymət təyin edir

c)

Düzgün cavab yoxdur

d)

İnhisarçı rəqabət bazarındakı hər bir firma əlavə istehsal imkanlarına malikdir

7.

İnhisarçı rəqabət şəraitində səmərəlilik itkisi nə ilə konpensasiya edilir?

a)

Daha aşağı qiymətlərlə

b)

İstehlakçı seçimi imkanlarının genişlənməsilə

c)

Resursların daha optiaml istifadə edilməsilə

d)

Heç nə ilə kompensasiya edilmir

8.

İnhisarçı rəqabət hansı bazar strukturlarının cəhətlərini özündə birləşdirir?

a)

İnhisar və oliqopsoniya

b)

Mükəmməl rəqabət və inhisar

c)

İnhisar və oliqopoliya

d)

Monosopiya və oliqopoliya

9.

Bazara daxil olmanın kənar təsirinə nələr aiddir?

a)

Biznes “oğurluğu” ilə bağlı kənar təsir

b)

Məhsul müxtəlifliyi ilə bağlı kənar təsir

c)

Bütün cavablar doğrudur

d)

Məhsul müxtəlifliyi ilə bağlı kənar təsir və biznes “oğurluğu” ilə bağlı kənar təsir.

10.

İnhisarçı rəqabətin inhisarla oxşarlığı nədədir ?

a)

Əmtəələrə tələbin mütləq elastikliyi mövcuddur

b)

Firmalar bazar hökmranlığına malikdirlər

c)

Firmalar iqtisadi mənfəət əldə edirlər

d)

Firmalar sahəyə tam nəzarət edirlər