NEW
Font size
WorksheetsFirmanın iqtisadiyyatı 9
Total questions: 12
Worksheet time: 6mins
Hansı firmalar qrupunda bütün üzvləri özlərinin hüquqi və təsərrüfat (istehsal, maliyyə və s.) müstəqilliklərini qoruyub saxlayırlar?
Konqlomerat
Kartel
Alyans
Konsern
Sindikat
Aşağıdakılardan hansı kartelin əlamətlərinə aid deyil?
birliyin saziş xarakterli olması;
birlik üzvü olan firmaların hüquqi və təsərrüfat müstəqilliklərini qoruyub saxlamaları;
birlik üzvü olan firmalar arasındakı sazişin qanuni olması;
birlik ştirakçılarının eyni sahədə fəaliyyət göstərən firmaların olması;
məcburetmə mexanizmlərinin mövcudluğu.
Kartelin hansı forması üzv-firmalar üçün malların satışı şərtlərini müəyyən edir?
kondisiyalaşdırıcı kartel;
istehsal karteli;
qiymət karteli;
kalkulyasiya karteli;
paylı kartel.
Kartelin hansı forması iştirakçı-firmalar üçün müəyyən (miqdar, tərkib və s. üzrə) kvotalar müəyyən edən birlikdir?
qiymət kartel;
kvota karteli;
kontingenləşdirilmiş kartel;
tədarük karteli;
patent karteli.
Bertran paradoksuna görə:
bazarda bir firmanın olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun;
bazarda 2 firmanın olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun;
bazarda ən azı üç firmanın olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun;
bazarda çoxlu sayda kiçik firmaların olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun;
bazarda çoxlu orta ölçülü firmaların olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun.
Aşağıdakılardan hansı firmaların tez-tez xüsusi sövdələşməyə getməsinə maneə olan səbəblərə aid deyil?
hökumətlərin antiinhisar siyasəti və antiinhisar qanunvericiliyi;
tarazlıq şərtlərini müəyyən edən diskontlaşdırma amilinin səviyyəsi;
kartelin siyasətinin müəyyən edilməsi zamanı ortaya çıxan fikirayrılıqları;
bütün qiymətləri yüksək dəqiqliklə izləmək mümkün olmaması;
bütün qiymətləri yüksək dəqiqliklə izləməyin mümkün olması.
Diskontlaşdırma əmsalı kiçik olduqda:
özünün bazardan getməmək ehtimalını yüksək qiymətləndirən firmanın xüsusi sövdələşməyə əməl etməsi üçün ciddi stimul meydana çıxır;
özünün bazardan getmə ehtimalını yüksək qiymətləndirən firmanın xüsusi sövdələşməyə əməl etməməsi üçün ciddi stimul meydana çıxır;
Firma fəaliyyətini tez bir zamanda dayandırır;
Firma təklif etdiyi məhsulun qiymətini artırır;
Bunların heç biri baş vermir
Aşağıdakılardan hansı qiymət savaşının amillərinə aiddir?
Qiymətin gizlin aşağı salınması; təklifin yüksəlməsi; asimmetrik şoklar;
Qiymətin gizlin aşağı salınması; təklifin azalması; asimmetrik şoklar;
Qiymətin gizlin aşağı salınması; tələbin enib-qalxmaları; asimmetrik şoklar;
Qiymətin gizlin aşağı salınması; təklifin enib-qalxmaları; simmetrik şoklar;
Bunlardan heç biri aid deyil.
Aşağıdakı ifadələrdən hansı yalnışdır?
qiymətlərin aşağı düşməsini izləmək mürəkkəb olduqda, dövrü qiymət savaşları sövdələşmə iştirakçılarını daha yaxşı intizamlı edə bilər;
real həyatda qiymət savaşlarının əsas səbəbi – ayrı-ayrı şirkətlərin üzləşdikləri maliyyə problemləridir;
kartel sazişi əsasında əldə olunmuş ilkin tarazlıq halından kənarlaşmanı birbaşa müşahidə etmək mümkün olmadıqda, sözünü tutma effekti əhəmiyyətli dərəcədə azalır.
tarazlıq vəziyyətində qiymət savaşları yer alsa da, belə situasiyalar üçün yankeçmə hərəkətləri xas deyil;
heç olmazsa bir dəfə də olsun qiymət savaşına cəlb olunmayan və bunun nə ilə nəticələnəcəyini bilməyən firmanın sazişi pozmağa yönəlik addım atmağa stimulu çox zəif olur.
Aşağıdakılardan hansı firmalar arasında sövdələşməyə şərait yaradan amillərə aiddir?
Bazar gücü; Bir neçə bazarda mövcudluq və sazişlər; İnstitutsional amillər;
Bazar quruluşu və əlbirlik; Bir neçə bazarda mövcudluq və sazişlər; İnstitutsional amillər;
texniki tərəqqiyə imkan verən kartellər yaradılanda;
Bazar quruluşu və əlbirlik; Bir bazarda mövcudluq; İnstitutsional amillər;
Bunlardan heç biri.
Aşağıdakı ifadələrdən hansı yalnışdır?
firmaların sayı az və oxşar olduqda sövdələşməni qoruyub saxlamaq daha asan olur;
rəqabət aparan firmaların sayının az olduğu bazarlarda sövdələşmə əldə etmək daha asandır;
simmetrik firmalarla müqayisədə asimmetrik firmalarda sövdələşməni saxlamaq daha asandır;
maraqlı tərəflərin sayı nə qədər çox olarsa, razılaşma əldə etmək bir o qədər çətinləşir;
firmalar bir neçə bazarda rəqabət apardıqda sövdələşməni qoruyub saxlamaq daha asandır.
Roma sazişinə görə kartelin yaradılmasına qadağalar hansı halda aradan qaldırıla bilməz?
çox da böyük olmayan bazar payına sahib olacaq kartellər yaradılanda;
yeni bazarların mənimsənilməsinə yönəlik kartellər yaradılanda;
texniki tərəqqiyə imkan verən kartellər yaradılanda;
alış qiymətlərini birbaşa və ya dolayısı ilə təsbit etmək üçün kartellər yaradılanda;
“böhran” kartellər yaradılanda.
