NEW
Font size
WorksheetsIqtisadiyyat Q-7
Total questions: 20
Worksheet time: 20mins
Itirilmiş iqtisadi səmərə nədir?
Vergi kimi bazar həcminin dəyişməsinə səbəb olan amillər nəticəsində məcmu izafi faydadakı azalma
Bazar iqtisadiyyatının resursları səmərəli şəkildə bölüşdürə bilməməsidir
Istehsalın nəticələrinin səmərəli olmamasıdır
Verginin tətbiqi nəticəsində izafi faydanın artmasıdır
Vergi tətbiq olunduqdan sonra bəzi istehlakçı və istehsalçılar sövdələşmələri ləğv edirlərsə bu:
Itirilmiş iqtisadi səmərəyə səbəb olur
Vergi gəlirlərinin artmasına səbəb olur
Məcmu izafi faydanın artmasına səbəb olur
Istehlakçıların izafi faydası artır
Vergilərin alıcı və satıcılara təsiri:
Vergi alıcıların ödədiyi qiyməti artırır, satıcıların aldıqları məbləği isə azaldır.
Vergi alıcıların ödədiyi qiyməti azaldır, satıcıların aldıqları məbləği isə artırır.
Vergi alıcıların ödədiyi qiyməti və satıcıların aldığı məbləği artırır.
Vergi alıcıların ödədiyi qiyməti və satıcıların aldığı məbləği azaldır.
Vergi yükü kimin üzərinə düşür?
Kimin üzərinə qoyulmasından asılı olmayaraq, alıcılar və satıcılar verginin yükünü birlikdə çəkir
Satıcıların üzərinə vergi qoyularsa vergi yükü satıcıların üzərinə düşür
Alıcıların üzərinə vergi qoyularsa vergi yükü alıcıların üzərinıə düşür
Kimin üzərinə qoyulmasından asılı olmayaraq vergi yükü hər zaman alıcıların üzərinə düşür
Verginin alıcılara təsiri:
alıcılar tərəfindən ödənilən qiyməti qaldırır və nəticədə onlar daha az istehlak edirlər
alıcılar tərəfindən ödənilən qiyməti aşağı salır və nəticədə onlar daha çox istehlak edirlər
alıcılar tərəfindən ödənilən qiyməti aşağı salır və nəticədə onlar daha az istehlak edirlər
alıcılar tərəfindən ödənilən qiyməti qaldırır və nəticədə onlar daha çox istehlak edirlər
Verginin satıcılara təsiri:
satıcıların aldıqları qiyməti aşağı salır və nəticədə onlar daha az istehsal edirlər
satıcıların aldıqları qiyməti aşağı salır və nəticədə onlar daha çox istehsal edirlər
satıcıların aldıqları qiyməti qaldırır və nəticədə onlar daha çox istehsal edirlər
satıcıların aldıqları qiyməti qaldırır və nəticədə onlar daha az istehsal edirlər
Verginin bazar həcminə təsiri:
Bazar həcmi aşağı düşür
Bazar həcmi artır
Bazar həcminə təsir göstərmir
Bazar həcmi ikiqat artır
Dövlətin vergi gəlirləri nəyə bərabərdir?
verginin həcmi ilə əmtəənin satış həcminin hasilinə
verginin həcmi ilə əmtəənin satış həcminin cəminə
verginin həcmi ilə əmtəənin satış həcminin nisbətinə
verginin həcmi ilə əmtəənin satış həcminin fərqinə
Laffer əyrisi nəyi göstərir:
vergi dərəcəsi ilə vergi gəlirləri arasındakı əlaqəni
əhali gəlirləri arasındakı qeyri-bərabərliyi
işsizlik və inflyasiya arasındakı tərs əlaqəni
əmtəənin qiyməti ilə satış həcmi arasındakı əlaqəni
Vergi kimi bazar həcminin dəyişməsinə səbəb olan amillər nəticəsində məcmu izafi faydadakı azalma nə adlanır?
itirilmiş iqtisadi səmərə
dövlətin vergi gəlirləri
vergi yükü
istehlakçının izafi faydası
Əmtəələrin üzərinə vergi qoyulması:
Alıcıların ödədiyi məbləği artırır, satıcıların aldığı məbləği azaldır, satılan məhsul həmcini azaldır
Alıcıların ödədiyi məbləği azaldır, satıcıların aldığı məbləği artırır, satılan məhsul həmcini artırır
Alıcıların ödədiyi məbləği artırır, satıcıların aldığı məbləği artırır, satılan məhsul həmcini artırır
Alıcıların ödədiyi məbləği azaldır, satıcıların aldığı məbləği artırır, satılan məhsul həmcini azaldır
Vergi dərəcəsi ilə itirilmiş iqtisadi səmərə necə əlaqəlidir?
Vergi dərəcəsi artdıqca itirilmiş iqtisadi səmərə böyüyür
Vergi dərəcəsi artdıqca itirilmiş iqtisadi səmərə kiçilir
Vergi dərəcəsi itirilmiş iqtisadi səmərənin ölçüsünə təsir göstərmir
Vergi dərəcəsi azaldıqca itirilmiş iqtisadi səmərə artır
Vergi dərəcəsi ilə vergi gəlirləri arasındakı əlaqəni göstərən əyri necə adlandırılıb?
Laffer əyrisi
Filips əyrisi
Keyns əyrisi
Reyqan əyrisi
Verginin həcmi T, satılan əmtəənin satış həcmini isə Q ilə işarə etsək, dövlətin vergidən əldə etdiyi ümumi gəlir nəyə bərabər olar?
T x Q
T+Q
T-Q
T/Q
Tələb və təklif elastik olarsa itirilmiş iqtisadi səmərə
daha çoxdur
daha azdır
0-a bərabərdir
vergi gəlirləri 0-a bərabərdir
Tələb və təklif qeyri-elastik olarsa itirilmiş iqtisadi səmərə
daha azdır
daha çoxdur
0-a bərabərdir
vergi gəlirləri 0-a bərabərdir
Hansı əmtəəyə vergi qoyulması zamanı vergi yükü daha çox alıcının üzərinə düşər?
şəkər
brilliant
kürü
xəzli kürk
Hansı əmtəəyə vergi qoyulmaıs zamanı vergi yükü daha çox satıcının üzərinə düşər
kürü
şəkər
çörək
kartof
Laffer əyrisi göstərir ki, dövlət bəzi hallarda vergiləri azaldaraq ... artıra bilər
dövlətin vergi gəlirlərini
tarazlıq miqdarını
istehlakçıların ödədiyi qiyməti
itirilmiş iqtisadi səmərəni
Əgər siyasətçilər vergi gəlirlərini artırarkən itirilmiş iqtisadi səmərəni minimallaşdırmaq istəyirlərsə, o zaman tələb elastikliyi ... və təklif elastikliyi ... olan əmtəələri seçməlidirilər:
aşağı, aşağı
yüksək, yüksək
yüksək,aşağı
aşağı, yüksək
