Font size
WorksheetsVətəndaşların Müraciətləri Haqqında Test
Total questions: 50
Worksheet time: 26mins
Vətəndaşların müraciətləri haqqında qanuna görə vətəndaşlar müraciət etmək hüququnu necə həyata keçirirlər?
sərbəst
könüllü
bərabər
sərbəst və könüllü
Vətəndaşların müraciətləri haqqında qanun kimlərin müraciətlərə baxması qaydasını müəyyən edir?
vəzifəli şəxslərin
dövlət orqanının rəhbərlərinin
dövlət orqanlarının
dövlət orqanlarının rəhbərlərinin və onları əvəz edən şəxslərin
Vətəndaşların hansı formada müraciət etmək hüququ vardır?
yazılı və ya şifahi
fərdi və ya kollektiv
şəxsən və ya nümayəndə vasitəsilə
sərbəst və könüllü
Vətəndaşların müraciətləri haqqında qanuna görə hansı fikir yalnışdır?
Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır.
Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir.
Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir.
Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya üç iş günündən gec olmayaraq cavab verilməlidir.
Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti neçə gündən gec olmayaraq həmin subyektlərə göndərilir?
5 iş günü
7 iş günü
3 iş günü
3 gün
Vətəndaşların müraciətləri haqqında qanunun tələblərini pozan şəxslərin hansı qanunvericilik aktına (aktlarına) uyğun olaraq məsuliyyət daşıması müəyyən olunur?
Mülki Məcəllə
İnzibati Xətalar Məcəlləsi
Cinayət Məcəlləsi
Hamısı
Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlıq işinin aparılmasına nəzarətin həyata keçirilməsi qaydasını hansı subyekt müəyyən edir?
Prezident
Nazirlər Kabineti
Milli Məclis
ƏƏSMN
Vətəndaşların müraciətləri haqqında qanuna görə müraciətlər prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmadıqda onlar hansı müddətdə müraciət edən şəxsə qaytarılır?
5 gün
5 iş günü
7 gün
3 iş günü
Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanununa görə müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq hansı müddətdən az olmamaqla təmin etməlidirlər?
ayda bir dəfədən
həftədə bir dəfədən
ayda iki dəfədən
iki ayda bir dəfədən
Vətəndaşların müraciətləri haqqında qanuna görə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə hansı müddətə baxılır?
10 iş günü
15 gün
15 iş günü
20 gün
Vətəndaşların dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə hansı şəkildə müraciət etmək hüququ vardır?
yazılı və ya şifahi
fərdi və ya kollektiv
könüllü
sərbəst və ictimai
Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi kimlərin hüquqlarını və azadlıqlarını pozmamalıdır?
digər vətəndaşların
dövlət orqanlarının
digər şəxslərin
dövlət orqanlarında fəaliyyət göstərən şəxslərin
əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq olarmı?
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla qadağandır
Qadağandır
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla məhdudlaşdırmaq olar.
Dini inancı istisna olmaqla digər hallarda olar.
Ərizə nədir?
hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət
pozulmuş hüquq və azadlıqların bərpası və müda¬fiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət
qanunların və digər normativ hüquqi aktların tək-milləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələ¬lərin həlli barədə edilən müraciət
heç biri
Anonim müraciət nədir?
müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət
müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) qeyd olunmaqla yazılı formada göndərilən müraciət
müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən ərizə.
müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı və şifahi formada edilən müraciət
Müraciət edən şəxs kimdir?
fiziki və ya hüquqi şəxs
fiziki şəxs
vətəndaşlar
vətəndaşlar və əcnəbilər
Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindən biridir?
qanunçuluq
könüllülük
ünvanlılıq
peşəkarlılıq
Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının qanunu vətəndaşların hansı müraciətlərinə şamil edilmir?
referendumun və seçkilərin bilavasitə təşkili və keçirilməsi ilə əlaqədar müraciətlərə
vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə
hərbi qulluqçuların xidmətlə əlaqədar bilavasitə rəislərinə və ya böyük rəislərinə müraciətlərinə
hamısı
Məişət zorakılığı barədə şikayətdə hansı hallarda şikayətlərə baxılması qaydası "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir?
cinayət tərkibinin əlamətləri olduqda
cinayət tərkibinin əlamətləri olmadıqda
bütün hallarda
heç bir halda
İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası hansı normativ hüquqi akt ilə tənzimlənir?
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
"Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
"Fərdi məlumatlar haqqında" Azərbaycan R
"Vətəndaşların müraciətləri haqqında" Qanuna görə vətəndaşların müraciətlərinə baxılması müddətinin axımı nə vaxtdan başlanır?
müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən
müraciətin müraciətə baxan subyektə daxil olduğu günün sonrakı iş günündən
müraciət kargüzarlıq xidmətində qeydiyyata alındığı gündən
müraciət kargüzarlıq xidmətində qeydiyyata alındığı gündən sonrakı iş günündən
Şikayət nədir?
hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət
pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət
qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət
heç biri
Təklif nədir?
hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət
pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət
qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı müraciət
heç biri
Təkrar müraciət nədir?
müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötmədikdə və ya həmin müraciət cavablandırılmadıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət;
müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötmədikdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət;
müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət cavablandırılmadıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət;
müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət;
Yazılı müraciət nədir?
kağız üzərində tərtib edilmiş müraciət
kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət
elektron formada tərtib edilmiş müraciət
heç biri
"Vətəndaşların müraciətləri haqqında" Qanuna görə müraciətinə baxılan vətəndaşın hüquqları ilə bağlı yalnış olan seçin.
müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq
müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq
müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan mülki və (və ya) məhkəmə qaydasında şikayət vermək
müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək
Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlıq işinin aparılmasına nəzarəti hansı orqan həyata keçirir?
Nazirlər Kabineti
Milli Məclis
Prezident Administrasiyası
Ombudsman
Vətəndaşların müraciətləri haqqında qanuna görə dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərlə baxılmasının nəticələri barədə Azərbaycan Respublikasının Baş prokuroru hansı müddətdə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir?
üç ayda bir dəfədən az olmayaraq
altı ayda bir dəfədən az olmayaraq
ildə bir dəfədən az olmayaraq
ayda bir dəfədən az olmayaraq
Vətəndaşların müraciətləri haqqında qanuna görə müraciətə baxan subyektlərin vəzifəli şəxslərinin vətəndaşların müraciətlərinə baxması qaydası ilə bağlı nəzərdə tutulmayıb?
Müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər.
Məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər.
Müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara şifahi formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər.
Müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.
Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək
Vətəndaşların müraciətləri haqqında Qanuna görə hansı fikir yalnışdır?
Vətəndaşın şifahi müraciəti ilə bağlı qəbula dair qeydiyyat-nəzarət vərəqəsində qeyd aparılır.
Şifahi müraciətdəki məsələlərin həlli əlavə araşdırma aparılmasını tələb etmədikdə vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılır.
Qəbul zamanı vətəndaşın müraciətini şifahi qaydada cavablandırmaq mümkün olmadıqda müraciəti qəbul etməkdən imtina olunur.
Vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğu aşkar edilərsə, müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydası izah olunur.
Vətəndaşların müraciətləri haqqında qanuna görə əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə ən geci hansı müddətdə baxılır.
15 iş günü ərzində
30 iş günü ərzində
60 iş günü ərzində
20 iş günü ərzində
Vətəndaşların müraciətləri haqqında Qanuna korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə daxil olan müraciətlə bağlı əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin xidməti araşdırmanı neçə gün uzatmaq hüququ vardır?
10 iş günü müddətində
15 gün müddətində
20 iş günü müddətində
1 ay müddətində
Vətəndaşların müraciətləri haqqında qanuna görə müraciətə baxan subyekt baxılmamış saxlanılmış müraciətlərə baxılmanı hansı halda təmin etməlidir?
müraciətin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda
müraciət üzrə yeni məlumatlar əldə olunduqda
müraciətin məzmunu dəqiqləşdirildikdə
müraciətdə təkrar müraciətin səbəbi izah olunduqda
Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti hansı müddətə aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir?
5 iş günündən gec olmayaraq
7 iş gününə
3 iş günündən gec olmayaraq
7 günə
Müraciət nədir?
müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən kollektiv təklif, ərizə, şikayət
müraciətə baxan subyektə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət
müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət
Müraciətə baxan subyekt dedikdə kimlər başa düşülür?
fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları
büdcə təşkilatları
müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs, digər müraciətə baxan subyektlərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər;
Müraciətə baxan subyektin vəzifəli şəxsi dedikdə kimlər başa düşülür?
müraciətə baxan subyektin rəhbəri
dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs
digər müraciətə baxan subyektlərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxs
hər biri
Şifahi müraciət nədir?
vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı edilən müraciət
vətəndaşların kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət
vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət
vətəndaşların fərdi və kollektiv qəbulu zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət
Elektron müraciət nədir?
müraciətə baxan subyektin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət
müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən müraciət
müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət
müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin rəsmi internet saytına daxil edilən müraciət
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi və bu şikayətlərə baxılması qaydası hansı normativ hüquqi akt ilə tənzimlənir?
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Vətəndaşların müraciətləri haqqında və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə
Hansı halda müraciət anonim sayılır?
müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi halda
fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi halda
müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı göstərildiyi halda
müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərildiyi halda
Hansı müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır?
şifahi
yazılı
anonim
elektron
"Vətəndaşların müraciətləri haqqında" qanuna görə hansı fikir yalnışdır?
Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir.
Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.
Elektron sənəd formasında göndərilən müraciət elektron imza ilə təsdiq olunmalıdır.
Müraciətin mətni rəsmi olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
"Vətəndaşların müraciətləri haqqında" qanuna görə müraciət edən şəxsin tələbi ilə ona hansı məlumat bildirilməsi müəyyən olunmayıb?
müraciətin qeydiyyat nömrəsinə dair məlumat
müraciətin tarixinə dair məlumat
onun icraçısına dair məlumat
onun icraçısına nəzarət edən vəzifəli şəxs barədə məlumat
Müraciət nə vaxt baxılmış hesab olunur?
müraciət aidiyyəti üzrə göndərildikdə
vətəndaşa əsaslandırılmış cavab verildikdə
müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə
müraciət baxılmamış saxlanıldıqda
Kollektiv müraciət nə vaxt baxılmış hesab olunur?
müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə müraciət edən şəxslərdən birinə əsaslandırılmış cavab verildikdə
müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə müraciət edən şəxslərin hər birinə əsaslandırılmış cavab verildikdə
kollektiv müraciət aidiyyəti üzrə baxılmaq üçün göndərildikdə
müraciətdə göstərilən məsələyə baxıldıqda
"Vətəndaşların müraciətləri haqqında" Qanuna görə xidməti araşdırma neçə gün ərzində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır?
10 iş günü müddətində
15 iş günü müddətində
20 iş günü müddətində
1 ay müddətində
"Vətəndaşların müraciətləri haqqında" Qanuna görə əgər məlumatın verilməsi barədə müraciətə qanunla müəyyən olunmuş müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə və həmin müraciətə dərhal baxılması mümkün deyilsə bu halda müraciətin daxil olduğu andan hansı müddət keçənədək baxılmalıdır?
12 saat keçənədək
24 saat keçənədək
3 gün keçənədək
2 gün keçənədək
"Vətəndaşların müraciətləri haqqında" qanuna görə vətəndaşların qəbul edilməsi ilə bağlı aşağıdakı fikirlərdən hansı yalnışdır?
Vətəndaşları müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri qəbul edirlər.
Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər.
Vətəndaş şəxsiyyətini təsdiq edən sənəd və ya şəxsiyyətini müəyyən edən rekvizitlər və ya elektron imza olduqda elektron xidmətlər vasitəsilə qəbula yazılır.
Qəbula gəlmiş vətəndaş şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etməlidir.
Aşağıdakılardan hansı vətəndaş müraciətinə baxılmaqdan imtina üçün qanuni əsas hesab edilə bilər?
Müraciətdə şəxsin ünvanı və imzası qeyd olunmayıb
Müraciətdə dövlət orqanının fəaliyyəti ilə bağlı kəskin tənqid yer alıb
Müraciət azərbaycan dilində tərtib edilməyib
Müraciətdə eyni məsələ ilə bağlı təkrar müraciət olunub və əvvəlki müraciət cavablandırılıb
