wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Maliyyə Mövzu 4.

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

Maliyyə nəzarətinin üsullarını göstərin:

a)

Cari nəzarət, ilkin nəzarət

b)

İqtisadi təhlil, monitorinq

c)

Təftiş cari nəzarət

d)

Təhlil, ilkin nəzarət

e)

yoxlama, cari nəzarət

2.

Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

a)

Daxili nəzarət

b)

Dövlət nəzarəti

c)

Bələdiyyə nəzarəti.

d)

Müstəqil nəzarət.

e)

Cari nəzarət

3.

Azərbaycan Respublikası Hesablama Palatası haqqında deyilənlərdən hansı yanlışdır:

a)

Hesablama Palatasının sədri, sədr müavini və auditorları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla digər haqqı ödənilən fəaliyyətlə məşğul ola bilməzlər

b)

Hesablama Palatası sədrdən, sədr müavinindən və 5 auditordan ibarətdir

c)

Hesablama Palatası sədrinin, sədr müavininin və auditorların səlahiyyət müddəti 7 ildir

d)

Hesablama Palatası hesabatlarını Maliyyə Nazirliyinə təqdim edir

e)

Hesablama Palatası Milli Məclisin komitələri ilə əlaqəli işləyir

4.

Cari maliyyə nəzarəti ..... Doğru variantı seçin və fikri tamamlayın.

a)

maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir

b)

bu proses bütün səviyyələrdə büdcələrin və büdcədənkənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir

c)

əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur

d)

bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir

e)

Ilkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır

5.

Aşağıdakı mühakimələr arasından sonradan maliyyə nəzarətinə aid olmayanı seçin

a)

Nəzarət edilən əməliyyatlar başa çatdıqdan sonra həyata keçirilən nəzrət növüdür

b)

maliyyə əməliyyatları başa çatdıqdan sonra aparılır

c)

maliyyə əməliyyatları başa çatdıqdan sonra maliyyə hesabat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir

d)

maliyyə əməliyyatları başa çatdıqdan sonra mühasibat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir

e)

bu proses bütün səviyyələrdə büdcələrin və büdcədənkənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir

6.

Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

a)

Kameral nəzarət, sənədli nəzarət

b)

Səyyar nəzarət, kameral nəzarət

c)

Səyyar nəzarət, sənədli nəzarət

d)

Sənədli nəzarət, ilkin nəzarət

e)

Kameral nəzarət. Ilkin nəzarət

7.

Maliyyə nəzarətinin obyekti nədir?

a)

təsərrüfat münasibətləri

b)

iqtisadi münasibətlər

c)

bölgü münasibətləri

d)

beynəlxalq münasibətlər

e)

siyasi münasibətlər

8.

Fəaliyyəti sahəsinə görə maliyyə nəzarətinin tərkibinə daxildir:

a)

Sığorta, texniki, büdcə

b)

Sığorta, vergi, büdcə

c)

Vergi, büdcə, statistik

d)

Büdcə, vergi, texnoloji

e)

Büdcə,vergi, inzibati

9.

Aşağıdakı subyektlərdən hansı Dövlətin Konstitusiyası əsasında yaradılmış nəzarətçi orqanlara aiddir?

a)

Azərbaycan Respublikası Hesablama Palatası

b)

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti

c)

Azərbaycan Respublikası Maliyyə Nazirliyi

d)

daxili audit xidməti

e)

xəzinədarlıq

10.

Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

a)

AR Auditorlar Palatası

b)

Mühasibat Palatası

c)

AR Hesablama Palatası

d)

Dövlət Palatası

e)

Mərkəzi Palata