wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Mövzu 10 Dövlət krediti

Total questions: 12

Worksheet time: 12mins

Name
Class
Date
1.

Aşğıdakılardan hansı dövlət kreditinə aiddir?

a)

Dövlət büdcəsindən verilən subsidiya

b)

Dövlət büdcəsindən verilən ssuda

c)

Banklardan fiziki şəxslərə verilən kredit

d)

Dövlət büdcəsindən verilən dotasiya

e)

Dövlət büdcəsindən verilən subvensiya

2.

Daxili dövlət kreditinin subyektləri kimlər ola bilər? Səhv olanı göstərin:

a)

Büdcə sisteminin digər həlqələri

b)

Beynəlxalq Maliyyə təşkilatları

c)

Özəl müəssisələri

d)

Öklə vətəndaşları

e)

Dövlət müəssisələri

3.

Büdcə kreditləşməsi dövlət krediti münasibətlərinin hansı formasına aiddir?

a)

Kreditin münasibətlərinə aid deyil

b)

Daxili dövlət kreditinə aiddir

c)

Həm daxili, həm də xarici dövlət kreditinə aiddir

d)

Şərti dövlət kreditinə aiddir

e)

Xarici dövlət kreditinə aiddir

4.

AR-da büdcə kəsirinin maliyyələşdirilməsi üçün dövlət kreditinin hansı formasından istifadə edilməsi qadağan edilmişdir?

a)

Dövlət istiqrazları

b)

Dövlət banklarından alınan kreditlər

c)

Xəzinə borc öhdəlikləri

d)

Zəmanət verilmiş borclar

e)

Əhalinin əmanətlərinin bir hissəsinin dövlət borcuna çevrilməsi

5.

Dövlət krediti vasitəsilə vəsaitlərin bölgüsü aşağıdakılar arasında baş verir. Səhv olanı göstərin

a)

Dövlət büdcəsi ilə yerli büdcələr arasında

b)

Bələdiyyə büdcələri ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında

c)

Dövlət büdcəsi ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında

d)

Xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə dövlət büdcəsi arasında

e)

Beynəlxalq maliyyə-kredit institutları ilə dövlət büdcəsi arasında

6.

Dövlət krediti ümumi daxili məhsulun (ÜDM) dəyərcə bölgüsünün hansı mərhələsində fəaliyyət göstərir?

a)

Dövlət krediti ÜDM-ın dəyərcə bölgüsündə iştirak etmir

b)

Dövlət krediti ÜDM-ın yenidən bölgüsü mərhələsində iştirak edir

c)

Dövlət krediti ÜDM-ın dəyərcə bölgüsünü bütün mərhələlərində iştirak edir

d)

Dövlət krediti ÜDM-ın ilkin bölgüsü mərhələsində fəaliyyət göstərir

7.

Dövlət krediti münasibətlərində kreditor kimdir?

a)

Kredit götürən subyekt

b)

Borc təklif edən subyekt

c)

Borc götürmək istiyən subyektə zəmanət verən

d)

Deyilənlərin hər biri düzgündür.

e)

Kredit münasibətlərinin istənilən iştirakçısı

8.

Dövlət kreditinin funksiyalarını seçib göstərin?

a)

yoxlama

b)

bölgü; tənzimləmə; nəzarət

c)

yığım, əmanət

d)

xəbərdarlıq, risk

e)

fiskal

9.

Dövlət kreditinin bank kreditindən fərqini göstərin:

a)

Dövlət kreditinin təminatı olmur

b)

Dövlət krediti müddətsiz olur

c)

Dövlət krediti yalnız qısamüddətli olur

d)

Dövlət krediti yalnız uzunmüddətli olur

e)

Dövlət kreditinin təminatı kimi dövlət mülkiyyətində olan bütün əmlak və ya onun gəlirləri çıxış edir

10.

Dövlət kreditinin formalaşma mənbəyi:

a)

sığorta haqları hesabına

b)

Müəssisə və əhalidən icbari qaydada vəsaitlərin alınması hesabına

c)

Müəssisə və əhalinin vergiləri hesabına

d)

Müəssisə və əhalidə müvəqqəti sərbəst vəsaitlərin yaranması hesabına

e)

Kommersiya Banklarının mənfəətliliyi hesabına

11.

Xarici dövlət borcu nədir?

a)

Azərbaycan Respublikası fiziki şəxslərin xarici dövlətlərdən aldığı borc

b)

Əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verdiyi öhdəliyi üzrə borcunun tam və ya qismən ödənilməsinə dair Azərbaycan Respublikası öhdəliyi

c)

Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc

d)

Azərbaycan Respublikası adından Azərbaycan Respublikası rezidentləri ilə bağlanmış müqavilə öhdəlikləri üzrə borc

12.

Yaranma səbəbinə görə dövlət borclarına aiddir. Doğru variantı göstərin:

a)

məqsədli və məqsədsiz borclar

b)

qısamüddətli və uzunmüddətli borclar

c)

daxili və xarici borclar

d)

qaytarılma müddəti öncədən məlum olan və əbədi (daimi) borclar

e)

beynəlxalq və daxili borclar