wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Quiz Seminar 10

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

Bertran paradoksuna görə:

a)

bazarda bir firmanın olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun;

b)

bazarda 2 firmanın olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun;

c)

bazarda ən azı üç firmanın olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun;

d)

bazarda çoxlu sayda kiçik firmaların olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun;

e)

bazarda çoxlu orta firmaların olması tamamilə kifayətdir ki, tarazlıq qiymətini son hədd xərclər səviyyəsində saxlamaq mümkün olsun.

2.

Hansı firmalar qrupunda bütün üzvləri özlərinin hüquqi və təsərrüfat (istehsal, maliyyə və s.) müstəqilliklərini qoruyub saxlayırlar?

a)

Konqlomerat

b)

Kartel

c)

Alyans

d)

Konsern

e)

Sindikat

3.

Aşağıdakılardan hansı kartelin əlamətlərinə aid deyil?

a)

birliyin saziş xarakterli olması;

b)

birlik üzvü olan firmalar arasındakı sazişin qanuni olması;

c)

birlik üzvü olan firmaların hüquqi və təsərrüfat müstəqilliklərini qoruyub saxlamaları;

d)

birlik iştirakçılarının eyni sahədə fəaliyyət göstərən firmaların olması;

e)

məcburetmə mexanizmlərinin mövcudluğu.

4.

Kartelin hansı forması üzv-firmalar üçün malların satışı şərtlərini müəyyən edir?

a)

istehsal karteli;

b)

kondisiyalaşdırıcı kartel;

c)

qiymət karteli;

d)

kalkulyasiya karteli;

e)

paylı kartel.

5.

Kartelin hansı forması iştirakçı-firmalar üçün müəyyən (miqdar, tərkib və s. üzrə) kvotalar müəyyən edən birlikdir?

a)

qiymət kartel;

b)

kontingenləşdirilmiş kartel;

c)

kvota karteli;

d)

tədarük karteli;

e)

patent karteli.

6.

Aşağıdakılardan hansı qiymət savaşının amillərinə aiddir?

a)

Qiymətin gizlin aşağı salınması; təklifin yüksəlməsi; asimmetrik şoklar;

b)

Qiymətin gizlin aşağı salınması; tələbin enib-qalxmaları; asimmetrik şoklar;

c)

Qiymətin gizlin aşağı salınması; təklifin azalması; asimmetrik şoklar;

d)

Qiymətin gizlin aşağı salınması; təklifin enib-qalxmaları; simmetrik şoklar;

e)

Bunlardan heç biri aid deyil.

7.

Aşağıdakılardan hansı firmalar arasında sövdələşməyə şərait yaradan amillərə aiddir?

a)

Bazar gücü; Bir neçə bazarda mövcudluq və sazişlər; İnstitutsional amillər;

b)

Bazar quruluşu və əlbirlik; Bir neçə bazarda mövcudluq və sazişlər; İnstitutsional amillər;

c)

Bazar gücü; Bir neçə bazarda mövcudluq və sazişlər; hüquqi amillər

d)

Bazar quruluşu və əlbirlik; Bir bazarda mövcudluq; İnstitutsional amillər;

e)

Bunlardan heç biri.

8.

Roma sazişinə görə kartelin yaradılmasına qadağalar hansı halda aradan qaldırıla bilməz?

a)

çox da böyük olmayan bazar payına sahib olacaq kartellər yaradılanda;

b)

alış qiymətlərini birbaşa və ya dolayısı ilə təsbit etmək üçün kartellər yaradılanda;

c)

texniki tərəqqiyə imkan verən kartellər yaradılanda;

d)

yeni bazarların mənimsənilməsinə yönəlik kartellər yaradılanda;

e)

“böhran” kartellər yaradılanda.

9.

Aşağıdakılardan hansı firmaların tez-tez xüsusi sövdələşməyə getməsinə maneə olan səbəblərə aid deyil?

a)

hökumətlərin antiinhisar siyasəti və antiinhisar qanunvericiliyi;

b)

bütün qiymətləri yüksək dəqiqliklə izləməyin mümkün olması;

c)

tarazlıq şərtlərini müəyyən edən diskontlaşdırma amilinin səviyyəsi;

d)

kartelin siyasətinin müəyyən edilməsi zamanı ortaya çıxan fikirayrılıqları;

e)

bütün qiymətləri yüksək dəqiqliklə izləmək mümkün olmaması.

10.

Diskontlaşdırma əmsalı kiçik olduqda:

a)

özünün bazardan getməmək ehtimalını yüksək qiymətləndirən firmanın xüsusi sövdələşməyə əməl etməsi üçün ciddi stimul meydana çıxır;

b)

özünün bazardan getmə ehtimalını yüksək qiymətləndirən firmanın xüsusi sövdələşməyə əməl etməməsi üçün ciddi stimul meydana çıxır;

c)

Firma fəaliyyətini tez bir zamanda dayandırır;

d)

Firma təklif etdiyi məhsulun qiymətini artırır;

e)

Bunların heç biri baş vermir.