wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

QİYMƏTLƏNDİRMƏ. MÖVZU1-4

Total questions: 11

Worksheet time: 14mins

Name
Class
Date
1.

Əmək dəyər nəzəriyyəsinə görə qiymətin fоrmalaşmasının əsasını təşkil edir:

a)

tələb

b)

ictimai-zəruri əmək хərcləri

c)

təklif

d)

mübadilə dəyəri

2.

Qiymətin stimullaşdırıcı elementidir:

a)

aksiz vergisi

b)

ticarət əlavələri

c)

mənfəət

d)

topdansatış dəyəri

3.

Əsas (bazis) metodlar qrupuna aid deyidir:

a)

xərc metodu

b)

korrelasiya metodu

c)

bal metodu

d)

ekspert metodu

4.

Son hədd faydalılıq haqqında deyilənlərdən hansı doğrudur?

a)

Əlavə olaraq daha bir məhsul istehlak edildiyi zaman istehlakçının əldə etdiyi əlavə faydalılıqdır

b)

Dəyərin və qiymətin formalaşması tədavül sferasında baş verir

c)

Marjinal faydalılıq zamanı ümumi faydalılıq artan tempdə artır.

d)

Marjinal faydalılıq zamanı ümumi faydalılıq həmişə azalır

5.

Birbaşa хərclərin tərkibinə daхil deyildir:

a)

fəhlələrin əsas əmək haqqı

b)

materialların dəyəri

c)

idarəetmə хərcləri

d)

tikinti və maşın və meхanizmlərinin istismar хərcləri

6.

Qiymətəmələgəlmənin хarici amillərinə aid deyil

a)

bazar mühiti

b)

istehlakçılar

c)

reklam strategiyası

d)

siyasi sabitlik dərəcəsi

7.

Uzun müddətli dövrdə hansı xərclər sabitdir

a)

İşçilərə ödənən əmək haqqı.

b)

İstehsal üçün istifadə olunan kapital.

c)

Uzun müddətli dövrə bütün xərclər dəyişəndir.

d)

Uzun müddətli dövrdə bütün xərclər sabitdir.

e)

Xammal qiymətləri

8.

ƏDV haqqında deyilənlərdən hansı yanlışdır

a)

istehlak vergisidir

b)

satıcı tərəfindən ödənilir

c)

alıcı tərəfindən ödənilir

d)

doayı vergidir

9.

Korrelasiya-reqressiya metodu haqqında deyilənlərdən hansı doğrudur?

a)

Məlumatın ayrı-ayrı konstruktiv hissələrinin və ya qovşaqlarının maya dəyəri və ya qiymətləri cəmlənir və orginal qovşaqları(detalların)dəyəri isə bunun üzərinə daxil olur

b)

Verilmiş parametrik sıranın hər bir məlumatı üzrə maya dəyəri və ya qiymət kəmiyyətinin əsas keyfiyyət parametri qiymətinə bölünməsindən alınan qiymətin hesablanması metodudur

c)

Bu metоdun mahiyyəti оndan ibarətdir ki, istehsalçı firma əmtəənin qiymətini maya dəyəri və mənfəət (оrta maya dəyəri və оrta mənfəət) baxımından müəyyən edir.

d)

Reqressiya təhlili bir və ya bir neçə amilli əlamətlərin dəyişməsi ilə nəticə əlamətinin оrta hesabla necə dəyişəcəyini müəyyən etməyə imkan verir.

10.

X və Y əmtəələri tamamlayıcı əmtəələrdir. Bu məlumatı nəzərə alaraq aşağıdakılardan hansı doğrudur.

1. Y əmtəəsinin qiyməti düşərsə, X əmtəəsinə olan tələb azalar

2. Y əmtəəsinin qiyməti qalxarsa, X əmtəəsinin tələb əyrisi sola sürüşər

3. Y əmtəəsinin qiyməti düşərsə, X əmtəəsinin tələb əyrisi sağa sürüşər

a)

Yalnız 1

b)

2,3

c)

1,3

d)

Yalnız 2

e)

Yalnız 3

11.

“Qiymət nə qədər olsa da bu məhsulun istehlakını azaltmaram” deyən Əlinin tələb əyrisinin elastikliyi aşağıdakılardan hansıdır

a)

vahid elastik tələb

b)

tam qeyri-elastik tələb

c)

tam elastik tələb

d)

qeyri-elastik tələb