WorksheetsKARYERA PLANLAMASI
Total questions: 13
Worksheet time: 13mins
Araşdırmalar onu sübut edib ki, nitqimizin 5%-ə qədərini ________, 35 %-ə qədər hissəsini ________, qalan 60% hissəsini isə
__________ təşkil edir.Boşluğu tamamlayın.
Mətnin məzmunu, səs tonu, bədən dili
Səs tonu, bədən dili, mətnin məzmunu
Jestlər, Diksiya, deyilən sözlər
Mənalı mətn, yüksək səs tonu, bədən dili
Yorucu çıxışlar etməmək üçün nələrə əməl etməliyik?
Sözləri düzgün tələffüz etmək, monotonluğa yol verməmək
Tez-tez fasilələrin verilməsi, dərin nəfəs almaq
Hazır mətnləri oxumaqla çıxışımızı tamamlamaq
Auditoriyaya yalnız müxtəlif suallar vermək
Auditriyanı niyə söhbətə cəlb etməliyik?
Çünki dinləyici söhbətə qatılanda özlərini çıxışın vacib bir tərəfi kimi hiss edirlər.
Auditoriya bizdən inciməməsi üçün.
Fikrimizi daha rahat çatdıra bilməyimiz üçün.
Heç biri
Diksiyanın inkişafı üçün qeyd olunan tövsiyələrdən hansı səhvdir?
Klassik və müasir Azərbaycan ədəbiyyatını oxuyun.
Xəbər proqramlarını, gözəl diksiyası olan aparıcıları, sənət adamlarını dinləməyə çalışın
Sizin üçün kitab, məqalə oxusunlar, siz dinləyin.
Yanıltmaclar söyləyin. Tədricən sürətinizi artırın və diliniz daha çətin yanıltmaclara alışdırmağa çalışın.
Ağız tənbəlliyi nədir?
Hər bir hərfin dənə-dənə söylənməsi
Hər hərfin ağzından rahat şəkildə artikulyasiyası
Ağzın açılmaması, dodaqların tərpənməməsi, sanki sözlər danışan adamın ağzından yerə tökülməsidir.
Çənənin uzun olması nəticəsində yaranmış problem
Fikirlərdən hansı yanlışdır?
Rəsmi görüşlərdə diqqət çəkmək üçün gözəçarpan, fosforlu rənglərdən ibarət geyimlər seçmək lazımd
İlk təəssüratın formalaşmasında, insanlara və auditoriyaya təsir etməyimizidə geyimin rolu əvəzsizdir.
Geyimlərimizdə, hətta prezentasiya hazırlayarkən, otağımızı dizayn edərkən seçdiyimiz rənglər bizi ifadə edir, xarakterimizdən belə
xəbər verə bilər.
Düzgün rənglərdən istifadə auditoriyaya vermək istədiyimiz mesajı, onlara daha rahat təsir etməyin yollarını göstərir.
Sözsüz ünsiyyətin inkişaf etdirilməsi yolları:
Danışarkən gözlərinizi qaçırmayın, Qamətinizi dik tutmağa çalışın, Canlı olun, mümkün olduqca gülümsəyin
Əllərin qoynunuzda kilidlənməsi, qolların birləşməsi, əllərin çənə ətrafında hərəkətindən istifadə edin.
Oturduğunuz zaman stulun və kreslonun kənardın əyləşin, çalışın az tərpənəsiniz
Çox sürətli, və ya çox sakit, çox fasilələr verməklə danışın.
Bədən dili nədir?
Vücud duruşu, jestlər, mimikalar, üz ifadələri, göz hərəkətlərindən ibarət olan sözsüz ünsiyyət forması
Yalnız Jestlərdən ibarət sözsüz ünsiyyət
Şifahi ünsiyyətlə yazılı ünsiyyətin birgə istifadəsi
Yazılı ünsiyyətdə göndərilən rəsmlər
"Bu, əsasən təsviredici, məlumatverici və ya ümumiləşdirilmiş məlumatın bəlli bir auditoriyaya ünvanlanmasını ehtiva edir. Bunu nəzəri
və ya faktiki məlumatları paylaşaraq mini tədris sessiyası çərçivəsində etməyiniz istənə bilər. Önəmli olan nə başa düşdüyünüzü və əsas
faktları öz auditoriyanıza təqdim etməkdir. Hansı məlumatları təqdimat prosesinə daxil edəcəyinizə Siz qərar verməlisiniz".Yuxarıda
təsvir olunan təqdimat növünü müəyyən edin.
Müzakirə
Tənqidi
Nümayişli
Məlumat vermə
Aşağıdakılardan hansı fikir səhvdir?
Natiqliyin ünsiyyətdə əsas vəzifəsi həmsöhbətinə üstün olduğunu göstərmək, intellektual səviyyələrinin fərqinin aşılanmasından
ibarətdir.
Akademik, Məhkəmə, Sosial-məişət, Sosial-siyasi natiqlik kimi əsas növlərə bölünür.
Natiqlik sənəti dedikdə, ictimaiyyət qarşısında çıxışların ən yüksək səviyyəsi, natiq nitqinin keyfiyyət özəlliyi, canlı sözü söyləyə bilmə
ustalığına malik olması başa düşülür.
Natiqlik sənəti dedikdə, nitqin auditoriyaya arzu olunan təsiri göstərmək məqsədilə gözəl qurulması və söylənməsi ustalığı nəzərdə
tutulur.
Analitik düşünmə bacarıqlarının artırma yolları:
Müşahidəçi olmaq, mütaliə etmək, beyin oyunları oynamaq, Qərarlarınızı dəyişmək
Qərarlarınızı düşünmək, Problemləri həll etmə bacarığını artırmaq, kitab oxumaq, sual vermək, müşahidəçi olmaq
Müşahidəçi olmaq, tənqidi yanaşmaq, müdaxilə etmək, kitab oxumaq, suallar vermək
Kitab oxumaq, suallar vermək, yaddaş texnikalarını öyrənmək, ətrafdakı hadisələrə müdaxilə etmək
“Bir futbol komandasının liderinin məqsədi... dir.” Nöqtələrin yerinə aşağıdakıların hansını əlavə etmək olar?
Çoxlu pul qazanmaqdır
Hər kəs tərəfindən sevilməkdir
Futbol klubuna sahib olmaqdır
Daha çox qol vurmaqdır
Komandasini çempion etməkdir
Burada bir yanaşmanın güclü və məhdudiyyətləri barədə mübahisə etməli və ya fərqli perspektivləri araşdıraraq ölçüb-biçən,
dinləyicilərinizi fərqli bir nöqteyi-nəzərdən qəbul etməyə çağıran bir mübahisə inkişaf etdirməlisiniz. Bunun üçün ‘bucağınıza’ qərar
verməlisiniz - bunun lehinə və ya əleyhinizsiniz, ağırlıq tərəfdarları və eksileri? Auditoriyanızı cəlb edin, meydan oxuyun və inamla
mübahisə edin".Təsvir olunan təqdimat məhz təqdimatın bu növünə aiddir.
Müzakirə
Nəticə hədəfli
Modul qiymətləndirmə
Tədris etmə
