wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

İqtisadiyyat 08

Total questions: 25

Worksheet time: 8mins

Name
Class
Date
1.
Düzgün müddəanı tapın.
a)
ümumi sabit xərclər istehsal həcminin dəyişməsi ilə dəyişmir
b)
istehsalın həcmi nə qədər böyükdürsə ümumi sabit xərclər bir o qədər azdır
c)
iqtisadi mənfəət qeyri – aşkar xərcləri təjəssüm etdirir
d)
iqtisadi mənfəət adətən mühasibat mənfəətini üstələyir
e)
son hədd xərcləri məhsul buraxılışının həcminə bölünmüş ümumi xərclərə bərabərdir
2.
Hansı nəzəriyyə ğorə siyasi sfera bazarın nəzəri müxtəlifliklərindən biridir
a)
ictimai seçim
b)
istehlakçı davranışı
c)
son hədd faydalılığı
d)
müqayisəli üstünlüklər
e)
izafi dəyər
3.
Əməyin ödənilməsinin son hədd xərcləri
a)
bu əlavə işçinin cəlb edilməsində əməyə ümumi xərclərin artımıdır
b)
bu məhsul istehsalı həcminin artımında məhsul vahidinə düşən sabit xərclərin artımıdır
c)
inhisarçı üçün mütləq qeyri-elastikdir
d)
bu məhsul istehsalı həcminin artımında məhsul vahidinə düşən dəyişən xərclərin artımıdır
e)
bu ümumi və orta xərclər arasında fərqdir
4.
Bazar infrastrukturuna aiddir:
a)
sadalanan hamısı
b)
yarmarkalar
c)
valyuta bircaları
d)
reklama agentliyi
e)
banklar
5.
Məhdudluq budur.
a)
insan tələbatlarının tam ödənilməsinin qeyri-mümkünlüyünü əks etdirən konsepsiya
b)
iqtisadi resursların xarakteristikasını dəyişdirərək insan subyekti üçün iqtisadiyyatda edilən bütün dəyişikliklər
c)
ancaq sənayeləşmə sisteminin səciyyəsi
d)
inzibati-amirlik sisteminin səciyyəsi
e)
təkrar istehsalın xarakteristikası
6.
Heç biri əmtəənin bazar qiymətinə təsir edə bilməyən eyni məhsul istehsal edən çoxsaylı firmaların bazar quruluşu - bu:
a)
təkmil rəqabət
b)
inhisarçı rəqabət
c)
inhisar
d)
oliqopoliya
e)
duopoliya
7.
İnhisarçı firma üçün tələb qrafiki və son hədd gəliri qrafiki necə yerləşmişlər?
a)
tələb qrafiki son hədd gəliri qrafikindən yuxarıdan keçir
b)
üst-üstə düşür
c)
tarazlıq nöqtəsində kəsişirlər
d)
tələb qrafiki son hədd gəliri qrafikindən aşağıdan bir başa keçir
e)
qrafiklər paraleldir
8.
Təkmil rəqabətli firmanın ümumi gəlir əyrisi necə olur?
a)
koordinatın başlanğıcından çıxan müsbət meyilli xətt
b)
mənfi meyilli əyri
c)
müsbət meyilli əyri
d)
əmtəənin qiyməti ilə üst-üstə düşən düz üfüqi
e)
düz şaquli
9.
Xalis ictimai nemətə tələb … müəyyən olunur.
a)
bütün istehlakçılar üçün bu nemətin fərdi son hədd faydalılıqlarının cəmi ilə
b)
onun istehsal məsrəflərilə
c)
istehlakçı üçün mövcud qiymətlər səviyyəsində onun son hədd faydalılıqlarının həcmi ilə
d)
həmin nemətin istehlakçılarının kəmiyyətilə
e)
bütün sadalananlarla
10.
Aşağıdakılardan hansı bənd ictimai nemət deyil?
a)
telefon şəbəkəsinin fəaliyyəti
b)
hüquq-mühafizə orqanlarinin fəaliyyəti
c)
fundamental elm
d)
küçələrin işiqlardirilmasi
e)
ölkənin müdafiəsi
11.
Firmanın mülkiyyəti olan resursların istifadəsinin alternativ xərcləri – bu :
a)
qeyri - aşkar xərclərdir
b)
iqtisadi xərclərdir
c)
qısamüddətli dövr üçün nəzərdə tutulmuş orta xərclərdir
d)
mühasibat xərcləridir
e)
mühasibat hesabatında əks olunmayan xərclərdir
12.
Torpaq qiymətinin ümumi meyli nəyədir?
a)
artmağa
b)
azalmağa
c)
müxtəlif keyfiyyətli sahələrin qiymətlərinin bərabərləşməsinə
d)
sabitləşməyə
e)
müxtəlif keyfiyyətli sahələrin qiymətlərindəki fərqlərin artmasına
13.
Eyni keyfiyyətli bütün torpaq sahələri üçün torpaq rentası eynidirsə bu onu göstərir ki:
a)
torpaq bazarında tarazlıqdır
b)
differensial renta I mövcud deyil
c)
differensial renta II mövcud deyil
d)
mütləq renta mövcud deyil
e)
torpağa tələb təklifi üstələyir
14.
Aşağıdakı müddəalardan hansı düz deyildir?
a)
fərqsizliklər əyrisi üzərində olan bütün nöqtələr pul gəlirlərinin eyni səviyyəsini əks etdirir
b)
büdcə xətti üzərində olan hər hansı nöqtə iki müxtəlif əmtəənin müəyyən kombinasiyasını əks etdirir
c)
fərqsizliklər üzərində olan bütün nöqtələr tələbatın ödənilməsinin eyni səviyyəsini əks etdirir
d)
büdcə xətti üzərində olan bütün nöqtələr pul gəlirlərinin eyni səviyyəsini əks etdirir
e)
bütün mülahizələr doğrudur
15.
Aşağıdakı bazarın bazar əməliyyatlarının təşkili üzrə bazar təsnifatı ilə əlaqəsi yoxdur:
a)
dövlət müəssisələri bazarı
b)
pərakəndəsatış bazarı
c)
topdansatış bazarı
d)
ixrac bazarı
e)
idxal bazarı
16.
Əsas kapitalın dəyərinin istifadə olunan əmək ehtiyatlarının sayına nisbəti nəyi göstərir?
a)
əməyin fondyorla yüklənməsini
b)
fondverimini
c)
amortizasiya norması
d)
illik amortizasiyanı
e)
əmək məhsuldarlığını
17.
Əmtəənin müəyyən kəmiyyət nisbətlərində digər əmtəələrə mübadilə olunmaq qabiliyyəti adlanır:
a)
mübadilə dəyəri
b)
istehlak dəyəri
c)
içtimai-zəruri dəyər
d)
bazar dəyəri
e)
əmtənin qiymətliliyi
18.
Necə olur, rəqabətli iqtisadiyyat elə bir vəziyyətə gəlir, hansı ki, iqtisadi resursların səmərəli bölgüsü həyata keçirilir, hər subyekt özünün iqtisadi məqsədinə nail olur. Bu əsas problemi nəzərdən keçirilir.
a)
ümumi tarazlıq nəzəriyyəsi
b)
istehlakçı davranısı nəzəriyyəsi
c)
təsadüfi tarazlığın təhlili
d)
sosial ədalət nəzəriyyəsi
e)
istehsal xərcləri nəzəriyyəsi
19.
İqtisadi nəzəriyyədə riyazi metodlardan geniş istifadə etməyə kim başlamışdır:
a)
L.Valras, V.Pareto
b)
K.Marks, F.Engels
c)
Ş.Furye. C.Sismondi
d)
U.Jevons, K.Menger
e)
A.Smit, D.Rikardo
20.
İqtisad elmi təkrar istehsal prosesində neçə mərhələni ayırır:
a)
4
b)
3
c)
2
d)
5
e)
6
21.
Aşağıda göstərilən istehsal amillər siyahısından hansılar doğrudur?
a)
torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti
b)
torpaq, əmək, istehsal vasitəsi, texnologiya, idarəetmə
c)
sahibkarlıq, texnologiya, əmək
d)
torpaq, əmək, kapital, iş qüvvəsi, idarəetmə
e)
resurslar, texnologiya, sahibkarlıq, kapital
22.
İqtisad elminin əsas əhəmiyyəti bu gün ondan ibarətdir ki, o:
a)
insanların tələbatlarının ödənilməsi baxımından iqtisadiyyatın daha yaxşı təşkil edilməsinin yollarını göstərir
b)
sahibkarlara müvəfəqiyyətlə bizneslərini aparmağa kömək edir
c)
insanlara təsərrüfat fəaliyyətlərindən onların davranışlarının həqiqi motivlərini açıqlayır və onlara bu sahədə köməkliyin vasitələrini öyrədir
d)
insanların içtimai həyatlarında iqtisadiyyatın yerini müəyyən edir
e)
iqtisadçı-amillərə öz qabiliyyətlərini reallaşdırmağa imkan verir
23.
Məcmu tələb nə deməkdir?
a)
ev təsərrüfatlarının və dövlətin cəm tələbi
b)
planlaşdırılan xərclərin cəminin yarısının 100ə nisbətini
c)
bütün ev təsərrüfatlarının tələbi
d)
düzgün cavab yoxdur
e)
bütün cavablar düzgündür
24.
Aşağıdakılardan biri əhali gəlirlərinə daxil deyil:
a)
nisbi gəlirlər
b)
natural gəlirlər
c)
pul gəlirləri
d)
nominal gəlirlər
e)
real gəlirlər
25.
Mülkiyyət münasibətlərinin qloballaşması, əmək bölgüsü və kooperasiyalaşmanın daha yüksək səviyyəsi, təsərrüfatların təşkilinin yeni formaları, beynəlxalq iqtisadi təşkilatların tənzimləyici rolu:
a)
qloballaşma tendensiyası
b)
makroiqtisadi tendensiya
c)
xarici ticarətin güclənməsi tendensiyası
d)
beynəlxalq iqtisadi tendensiyanın güclənməsi
e)
ictimai istehsalın artım tempi