NEW
Font size
WorksheetsNizamnamə,vəkalətnamə,etibarnamə,əqd,ezamiyyə vərəqi və s.
Total questions: 10
Worksheet time: 10mins
Biri əqdin mahiyyətini əks etdirmir:
təşkiletmə
nikah haqqında əqd
ayrılma haqqında əqd
tərtibetmə
kəbinkəsmə
Biri vəkalətnamənin tərtibat xüsusiyyətinə uyğun deyil:
Alınan əşyanın miqdarı göstərilmir.
Vəkalətnamənin verildiyi tarix qeyd olunur.
Məsul şəxs tərəfindən imzalanır.
Müddət göstərilməlidir.
Məsuliyyət daşıyan şəxsin vəsiqəsinin seriya və nömrəsi, verilmə tarixi mütləq şəkildə göstərilməlidir.
Aşağıda hansı əməli yazı nümunələrinin xüsusiyyətləri verilmişdir? (Ardıcıllıqla göstərin).
1) İştirakçıların sayı göstərilir, müvafiq qərar bəndlər üzrə öz əksini tapır.
2) Sonda onu təsdiq edən idarə rəhbərinin imzası qoyulur və möhür vurulur.
Bir sıra hallarda xüsusi formada mətbəədə hazırlanır.
protokol, arayış, vəkalətnamə
akt, hesabat, etibarnamə
ərizə, arayış, reklam
xasiyyətnamə, məktub, elan
izahat, təqdimat, əmr
Hansı fikir düzgündür?
Protokolun sonunda yazılma tarixi qeyd edilir.
İzahatın sonunda imza qoyulmur.
Təşkilatların bir-birinə verdiyi vəkalətnamə mətbəədə xüsusi formada hazırlanır.
Anons tamaşa haqqında verilən rəydir.
Tərcümeyi-hal rəsmi təşkilat tərəfindən verilir.
Yalnız biri etibarnamə növüdür:
baş etibarnamə
təcili etibarnamə
güzəştli etibarnamə
müxtəsər etibarnamə
müfəssəl etibarnamə
Səlahiyyət həcminə görə etibarnamənin neçə növü var?
3
2
4
5
6
Biri əqdin nə mahiyyətini, nə də məzmununu əks etdirmir:
Əqd tam işgüzar sənəd olduğu üçün nə imzalanır, nə də möhürlə təsdiqlənir.
Əqd iki nəfər arasında elə bir bağlantıdır ki, onlar həmin şərtlər daxilində nəzərdə tutulanlara mütləq əməl etməlidirlər.
Tərəflər müəyyən məsələ barədə konsensusa, yəni razılığa gələrək əqd bağlayırlar.
Əqd yazılı və ya şifahi formada ola bilər.
Əqd qanun çərçivəsində bağlanmalıdır.
Biri əqdin məzmununu əks etdirmir:
Əqd hüquqi əsaslara malik olmur.
50 manatdan çox olmayan borc üçün əqd şifahi formada bağlanır.
Əqd mülki-prosessual məcəllənin bütün tələbləri əsasında tərtib edilməlidir.
Yazılı fəaliyyət qabiliyyətli vətəndaşların əqd bağlamaq hüququ vardır.
Bir ildən artıq əmlak kirayəsi və ya 50 manatdan artıq məbləğdə alınan borc üçün yazılı əqd bağlanır.
Hansı düzgün deyil?
Vəkalətnamə heç bir halda möhürlənmir.
Vəkalətnamə mütləq imzalanmalıdır.
Vəkalətnamə möhürlə təsdiqlənməlidir.
Vəkalətnamə xüsusi formada tərtib edilir.
Təşkilatların bir-birinə verdiyi vəkalətnamə xüsusi formada mətbəədə hazirlanır.
Vəkalətnamənin tərtibində nələr nəzərə alınmalıdır? Səhv fikri göstərin:
Vəkalətnaməyə məsuliyyət daşıyan şəxsin vəsiqəsinin seriya və nömrəsi göstərilməsə də olar.
Vəkalətnamə verən şəxs və ya təşkilatın adı tam şəkildə göstərilməlidir.
Vəkalətnamədə alınan əşyanın miqdarı qeyd edilməlidir.
Vəkalətnamə məsul şəxs tərəfindən imzalanmalıdır.
Vəkalətnamə mütləq şəkildə möhürlənməlidir.
